Fransanın sabiq prezidenti Nikola Sarkozi ölkənin aparıcı müxalifət partiyası olan Xalq Hərəkatı Uğrunda İttifaqın yeni sədri seçilib. Musavat.com-un məlumatına
görə, bu barədə “Le Figaro” yazıb.
görə, bu barədə “Le Figaro” yazıb.İlkin məlumatlara görə, o, səslərin 64,5%-ni toplayıb. Seçkilərdə ölkə üzrə partiyanın 155 min üzvü iştirak edib. Bununla da Sarkozi 2017-ci ildə keçiriləcək növbəti prezident seçkilərində partiyanın namizədi olmaq şansı qazanıb.
Xatırladaq ki, siyasətçi 2004-07-ci illərdə də partiyaya rəhbərlik edib.



