Səudiyyə Ərəbistanının neft naziri Ali əl-Nəimi bildirib ki, başçılıq etdiyi nazirlik daha cox qazanmaq üçün krallıq istənilən dövlətə, o cümlədən İsrailə neft ixrac
etməyə hazırdır.
Elchi.az-ın “ nyusru”-ya istinadən məlumatına görə, o, OPEK-in toplantısı başa çatdıqdan sonra jurnalistlərə müsahibəsində bu bəyanatla çıxış edib.
“Biz heç bir dövlətlə düşmənlik etmirik. Rəhbərliyimiz çeşidli dinlər və məzhəblərlə barış şəraitində yaşamaq mövqeyindən çıxış edir. Kral Abdulla bin- Abd əl-Əziz bütün xalqlar, o cümlədən yəhudilərlə dostluq münasibəti saxlamaq istədiyini bildirib”-deyə nazir vurğulayıb.



