"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Savaş niyə dayandı? – Zahid Orucdan sensasion şərh

07 Aprel 2016 - 08:58
in XƏBƏR LENTİ

Tərəflərin yenidən atəşkəs rejiminə qayıtması razılığı bilavasitə Rusiyanın təşəbbüsü ilə baş verdi. Bu vasitəçilik missiyası 3 gün ərzində müxtəlif formatlı danışıqlardan keçdi. Faktiki olaraq bölgədə təsir mexanizminə malik olan, hər cinahdan real hərbi qüvvələrlə prosesdə müxtəlif formada iştirak imkanları qazanmış Rusiyadan başqa, 2-ci və ya 3-cü dövlətin Azərbaycan-Ermənistan arasındakı vəziyyətə təsir etməyə gücü yoxdur.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Bu sözləri açıqlamasında millət vəkili Zahid Oruc Dağlıq Qarabağla bağlı bundan sonrakı siyasi gedişatı şərh edərkən deyib. Onun sözlərinə görə, 4 günlük müharibə yüzlərlə yeni situasiya yaratdı:

 

“Açıq şəkildə demək lazımdır ki, hazırda Vyanada ATƏT-in daimi şurasının toplantısının keçirilməsi xeyli gecikmiş tədbirdir və real olaraq proseslərə təsir edə bilmir. Hətta tədbir dünən baş tutsaydı, müxtəlif Avropa paytaxtlarından verilən bəyanatlar təmas xəttində qanlı döyüşlərə çox az təsir edəcəkdi. ABŞ və Qərb dairələrinin məsələyə xeyli neytral yanaşmalarına rəğmən, onlar münaqişənin hər zaman ağır fazaya keçmə reallığını qəbul ediblər. Bununla yanaşı, real həll modelləri hazırlamadıqca bölgədə mövqelərini itirirlər. Faktiki olaraq Qərb tərəflərə silah və hərbi texnika satmır. Təəssüf ki, biz bu gün Amerikadan silah ala bilmirik. Nə Azərbaycan, nə də Ermənistan prosesə təsir etməyən tərəfi öz üzərində xüsusi bir qüvvə hesab edir. Ona görə də II Qarabağ savaşının ilk addımının yarıda dayanmasının başlıca səbəbi yenə də danışıqları Rusiyanın aparması oldu. Lakin bu atəşkəs heç bir halda 1994-cü ilin mayındakı atəşkəslə eyni qüvvəyə malik deyil”.

 

Deputat hesab edir ki, dörd günlük müharibə və verdiyimiz şəhidlər əslində Qarabağa yeni bir yol açdı:

 

“Müharibə külli miqdarda itkilər, planlaşdırılmayan ssenarilər deməkdir. Müharibəni başlamaq asan olsa da, bitirmək çox çətindir. Bəli, Rusiya Ermənistanı acınacaqlı məğlubiyyətdən xilas etdi. Ancaq etiraf edək ki, Putin maksimum neytrallıq göstərdi. Ermənistan mediasında anti-Rusiya bəyanatlarının artması da bunu təsdiqləyir. Nəinki Ermənistan, ölkə içərisindəki siyasi qüvvələr Rusiyaya qarşı çevrilməkdədir. Ermənilərin rus silahından ölməsinə görə Putin əleyhinə kəskin demarşlar başlayıb. Bütün bunlar təsirsiz qalmayacaq. Moskva İrəvanı bundan sonrakı dövrdə də sərt şəkildə cəzalandıracaq. Ona görə də bu savaşdan pozitiv reallıqla çıxan məhz Azərbaycandır”.

 

Z.Oruc bildirib ki, ələ keçirilən 2 kənd və 8 yüksəklik gələcəkdə Qarabağ prosesində mühüm bir səbəb, aralıq mərhələ, dönüş nöqtəsidir:

 

“7 rayonun hətta beşi qaytarılsa belə, çox arzulayırıq ki, bu, müharibə yolu ilə azad olunsun. Asanlıqla qayıtsa, xalqı çaşdıracaq. Bu gün faktiki olaraq Laçın dəhlizinə bizi aparan yolun üstündə olsaq da, qazanılmış ilk uğurlar ermənilərin bir neçə istiqamətdə mühasirəsinə səbəb olacaq və onların nəfəslikləri daralacaq. Bu dəqiqdir. İndi dünya 1990-cı illər reallığından fərqlidir. Hamını düşündürən bir sual var: niyə atəşkəs oldu? Çünki hər kəs ortadakı məğlubiyyətin aradan götürülməsini istəyir. Ancaq o da bəlli oldu ki, qələbə mümkündür. Hər halda çox böyük dəyişikliklər ərəfəsindəyik. Prosesin əslini və bütün sirləri bilən Ali Baş Komandandır. Prezident bu günlərdə beynəlxalq dairələrlə aparılan danışıqların əsas məğzini cəmiyyətə açmadan göstərir ki, çoxları üçün kiçik görünsə də, əldə edilən uğur Qarabağ prosesinin bütün gələcəyini dəyişəcək. Bu siyasi və olduqca mühüm mesajı artıq ölkə rəhbəri verib. Atəşkəs isə hazırkı dövrdə növbəti qələbənin davamlılığı üçün müəyyən bir şərtlə qəbul olunmuş mərhələdir. Lakin hər kəs bilməlidir ki, artıq Qarabağa gedən yol var”.

 

Millət vəkili atəşkəsdən sonra Sərkisyanın hakimiyyətdə qalmasının qeyri-mümkünlüyünü əminliklə ifadə edib:

 

“Bu məğlubiyyət erməni cəmiyyətində parçalanmanı dərinləşdirəcək və Sərkisyan əleyhinə siyasi müharibələri artıracaq. Azərbaycana qarşı məlum vəziyyətə görə təxribat aparan partiyalar isə az müddətdən sonra açıq  hücuma keçəcəklər. Əmin edirəm ki, bu atəşkəsdən sonra Sərkisyanın hakimiyyətdə qalması mümkün olmayacaq. O, əsil həqiqəti çox qısa bir müddət gizlədə biləcək. Azərbaycan  yeni bir tarixin başlanğıcındadır. Xatırlayırsınızsa, Londonda Suriya üçün müxtəlif humanitar və ya siyasi kampaniyalar keçirilərkən təklif edirdik ki, bu, Qarabağ üçün də təşkil olunsun. İndi isə Qarabağ məsələsi iradəmizdən kənarda beynəlxalq müzakirələrin əsas müzakirə mərkəzinə çevriləcək”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Aktrisamız 18+ səhnəyə görə serialdan qovuldu

Next Post

İsrailin Qarabağ məsələsində mövqeyi niyə çox önəmlidir?

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

İsrailin Qarabağ məsələsində mövqeyi niyə çox önəmlidir?

Təbriz durur ayağa, "Biz gedirik Qarabağa!" - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.