Rusiyada azadlıqdan məhrum edilmiş ukraynalı pilot qadın Nadejda Savçenko Ukraynaya ekstradisiya olunmaq üçün sənədləri əldə edib.
Virtualaz.org xəbər verir ki, bu barədə TSN telekanalına məhkum qadının bacısı Vera məlumat verib.
`İndi o, sənədləri doldurur: ərizə, tərcümeyi-hal və sairə. Həbsxananın rəisi Kalqanov deyib ki, bunlar təhvil verilmək üçün lazımdır`, – Vera Savçenko belə deyib.
Savçenkonun vəkili Mark Feygin `RİA Novosti` agentliyinə bildirib ki, ekstradisiya prosesi 1-2 ay uzana bilər.




