Keçən il geyiminin uyğun olmadığı səbəbilə İranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra vəfat edən Məhsa Əmini İranda Qadın, Həyat və Azadlıq Hərəkatı Saxarov mükafatına layiq görülüb.
Elchi.az bu barədə Ntv.com.tr-yə istinadən xəbər verir.
Avropa Parlamentinin Saxarov mükafatı 1988-ci ildən bəri hər il dünyada insan hüquqlarını və fikir azadlığını müdafiə edən şəxslərə və ya qurumlara verilir. Məhsa Əmininin ölümü İranda milyonlarla insanın küçələrə çıxmasına səbəb olub və İran polisi aylarla davam edən etirazları yatırmaqda çətinlik çəkib. Digər tərəfdən, builki Nobel Sülh Mükafatı İranda Məhsa Əmini etirazları zamanı həbs edilən fəal Nergis Muhammediyə verilib.
Yeganə






