"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şaxta Babanın hədiyyəsi

29 Dekabr 2014 - 01:00
in KÖŞƏ YAZILARI

Onlar hansısa ölkədə İslam qaydlarına zidd olduğuna görə Şaxta babanın qadağan olunmasına images (1)sevinirlər. Bəzi İslam dinçiləri Yeni ilin bayram edənləri nifrətlə qınayırlar.

Səudiyyə Ərəbistanında qadınların maşın sürməsi üçün sürücülük vəsiqəsi verməyi qadağan edirlər. İranda çadrasız gəzməyi qadağan ediblər. Taliban qızların dünyəvi təhsil almasını qadağan edir. İŞİD cümə namazına getməyənləri qurşuna düzür. Bütün bu qadağaların içində “Dində zorakıliq yoxdur!” deyilən İlahi mesaj unudulur. Bir gerçək budur ki, harada qadağa daha sərtdirsə, o “İslam” ölkəsində fahişəlik, əxlaqsızlıq, pedofiliya, ədalətsizlik, zorakılıq, hüquqsuzluq daha çox tüğyan edir. İslam dinini bu qədər bayağılaşdıranda, mənasız mövzulara indeksləşdirəndə Halal və Haram kolbasa və ya sosiska adı ilə simvollaşır, Ədalət anlayışı kütləvi Cəhalətlə əvəz olunur, Mömin kimsəyə çevrədəkilər Başkəsən, Quldur kimi baxmağa vərdiş edir. Ona görə də hər yerdə islamçı-dinçi obrazı görürlərsə məhdudlaşdırırlar, təcrid edirlər, bəzi hallarda ibadətlərinə maneçilik yaradırlar. Nə etsinlər?

Harda müsəlman görürlər, şübhələnirlər, qorxurlar! Taliban yüzlərlə hərbi məktəb uşağının İslam adı ilə öldürdü, vaxtilə Xomeyni də siyasi baxış fərqinə görə minlərlə insanı öldürmüşdü, hazırda İŞİD də, Bako Haram da İslam adı ilə öldürür. Müsəlmanları da İsrail əsgərləri, bəzi xristian və buddist radikallar öldürürlər, onlara da qarşı vəhşilik edirlər, doğrudur. Ancaq yuxarıda sadaladıqlarım, üstün mövqe qazanan kimi bir müsəlmanın digərinə qarşı törətdiyi vəhşilik nümunələrdir. Kafir saydığını da, yolunu azmış olaraq gördüyünü də gözəl əxlaqla dəyişdirməyi bacarmalısan! Bir yaradılan olaraq onların da sənin üzərində haqları var! Sən necə əsir götürdüyün qadınları kafir adı ilə zorlaya və ya satışa çıxara bilərsən? Sizə; “Sizinlə savaşanlarla savaşın!” deyilməmişmidir?” Savaşmayan bu məzlum qadınları, uşaqları, qocaları belə izdiraba düçar etməyi hansı Kitabdan öyrənmisən? Hz. Məhəmmədin (S.Ə.S.) davranışının cüzi bir hissəsini yamsılamaq belə yetərlidir ki, insanlar İslama sevgi dini kimi yanaşsınlar. İslam dinində ən böyük Haram, Günah nə içkidir, nə Şaxta babadan hədiyyə götürməkdır, nə hicabsızlıqdır. Ən böyük Haram- Nadanlıqdır, Başqasının həyatına müdaxilədir, Başqasına öz inancını zorla qəbul etdirməkdir. Yüzlərlə gözəl əxlaqlı, insana sevgisi aşıb-daşan, xeyirli işlərdən usanmayan, fərqli inanc və düşüncədə olanlara sayğı ilə yanaşan müsəlman tanıyıram. Hansı zamanda yaşadıqlarını bilirlər, zamanla tərs düşmədən, zamanı, çevrəni sağlamlaşdırmağa çalışırlar.

Yeni ili qəbul etməsəniz də, düşüncəcə yeniləşin, problemləri doğru çözməyə çalışın və etiraf edin ki, bu gün Azərbaycanlının problemi ermənidən qaynaqlanmır, özünün cəhalətindən, tənbəlliyindən, yanlış mühakiməsindən, yanlış həyat tərzindən qaynaqlanır. Bir müsəlmanın da eləcə. 2015-ci il daha ağır şərtlərlə gəlir. Özünüz bilərsiniz, sevmədiyiniz Şaxta babanın hədiyyəsini də, bizim dostcasına söylədiyimiz sözləri də götürməyin, tolazlayın bir tərəfə. Sem dayının qamçısı və Rus ayının şapalağı sizə hansı zamanda yaşadığınızı mütləq xatırladacaq və real aləmə təkrar qaytaracaq.

 

 

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Putin istefa verə bilər (FOTO)

Next Post

“Hicab məhbusları” həbsxanadan hara yoxa çıxdılar?

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

"Hicab məhbusları" həbsxanadan hara yoxa çıxdılar?

Gözlənilən əfv siyahısında kimlərin adı var?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.