"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Saxta IMEI-li mobil telefonlara qarşı yeni mexanizm hazırlanıb

17 Yanvar 2022 - 18:27
in FLƏŞ

Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb.

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Bu barədə Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, telekommunikasiya üzrə fərdi identifikasiya kodu – IMEI saxtalaşdırılan mobil cihazların sayı sürətlə artmaqdadır. Bu istiqamətdə hüquq-mühafizə tədbirlərinin gücləndirilməsi, mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb. Məlumata görə, mexanizm ölkədə istifadə olunan mobil cihazlar oğurlandıqda, itirildikdə onun dərhal tapılmasının təmin olunmasına, cinayətkarlıqla mübarizənin effektivliyinin artırılmasına yönəlib: “Müşahidələr göstərir ki, fərdi identifikasiya kodu – IMEI-i saxtalaşdırılmaqla bir mobil cihazın proqram təminatının klonlaşdırılaraq başqa cihazlara köçürülməsi mümkündür. Halbuki IMEI istifadəyə yararlı bütün mobil cihazlara Beynəlxalq GSM Assosiasiyası tərəfindən verilən unikal koddur və bu kod heç bir halda digər cihazın kodu ilə eynilik təşkil etmir”.

Bildirilib ki, saxtalaşdırılma hallarının qarşısını almaq, həmçinin tənzimləmələrin həyata keçirilməsi məqsədilə klonlaşdırılmış mobil cihaz üzrərindəki nömrə dəyişdirildikdə cihaza qarşı məhdudiyyət tətbiq olunacaq: “Saxta IMEI-li cihazdakı nömrənin dublikatı çıxarılıb Sim kart yuvasına əlavə olunan zaman da eyni prosedur həyata keçiriləcək. Hər iki halda məhdudiyyət tətbiq olunan mobil cihazların şəbəkə əlaqəsi kəsiləcək. Mobil cihazların saxtalaşdırılmasını dələduzlar və hakerlər əsasən istifadəçilərdən xəbərsiz həyata keçirdiklərinə görə məhdudiyyət tətbiq olunan telefonların yenidən istifadəsi ilə bağlı da mexanizm hazırlanıb. Sahibi telefonun üzərindəki mobil nömrəni dəyişən zaman şəbəkə təminatı dayandırıldığı halda yaxınlıqdakı “Azərpoçt” şöbəsinə müraciət etməli və yeni nömrə sistemə əlavə olunmalıdır. Bu proses ödənişsiz həyata keçiriləcək.

Cihazların saxta və ya orijinal olması Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən IMEI kodu vasitəsilə müəyyən ediləcək. Eyni IMEI üzərində olan cihazlardan şəbəkədə ilk dəfə görünəni orijinal hesab olunacaq. Digər cihazların orijinallığı ilə bağlı iddialar isə “Azərpoçt” şöbələrində araşdırılacaq. Mobil cihazının orijinallığını iddia edən istifadəçi cihazda *#06# kombinasiyasını yığaraq ekranda əks olunan IMEI kodu və əgər qalırsa, cihazın qutusu ilə poçt şöbəsinə müraciət etməlidir. Bu zaman təqdim olunan IMEI ilə sistemdə ilk görünən nömrənin və kimə məxsusluğunun eyniləşdirilməsi aparılacaq və təqdim onunan cihazın orijinal olub, olmadığı ilə bağlı sahibinə məlumat veriləcək”.

Məlumata görə, vətəndaşlara “Azərpoçt” şöbələri ilə yanaşı, “157” zəng mərkəzi vasitəsilə də yardım göstəriləcək. Zəng mərkəzi problemlərlə bağlı sualları cavablandıracaq, məhdudiyyət tətbiq edilən cihazların aktivləşdirilməsi üçün lazım olan proseduru vətəndaşlara izah edəcək, eyni zamanda şikayət və təkliflərin qeydiyyatını aparacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qurban Qurbanov dünya məşqçilərinin reytinqdə 2 pillə irəliləyib

Next Post

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post
Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb

Üç azyaşlı İran vətəndaşı sərhədi pozaraq Azərbaycan tərəfə keçib

Üç azyaşlı İran vətəndaşı sərhədi pozaraq Azərbaycan tərəfə keçib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.