"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SAYMAQ, YA SAYIQLAMAQ!?-Əli Kərimli üçün likbez

01 Sentyabr 2022 - 10:30
in KÖŞƏ YAZILARI

“Siyasi və iqtisadi cahiliyyə personajlarının- ilk növbədə məlumatsız kontingentə ünvanladığı daha bir informasiyanı təftiş etmək, gerçək olanı çatdırmaq qərarına gəldim. Məhz Brüsseldə olduqca mühüm proseslərin baş verdiyi, Prezident İlham Əliyevin təklif və tərtib etdiyi gündəlik əsasında Avropanın da-Azərbaycanın mövqeyini Beynəlxalq Ədalətin təmin olunması üçün baza, əsas müstəvi kimi artıq qəbul etdiyi, Ərazi Bütövlüyümüzün bərpası ilə yaranan Sülh Şəraitinin Əsas Sazişlə rəsmiləşdirilmə prosesinə doğru inkişaf etdiyi zamanda—-Birinci Ermənistan-Azərbaycan Müharibəsindəki məğlubiyyətin əsas simalarından biri Əli Kərimli növbəti dəfə gündəmi dəyişməyə cəhd edib. Yazdığı son statusda diqqəti Brüsseldə baş verən mühüm hadisədən, tariximizin həlledici prosesinin mühüm tərkib hissəsindən, hərb meydanındakı qələbəmizin ardınca Prezident İlham Əliyevin sülhün də udulması istiqamətində əldə etdiyi nəticələrdən yayındırmaq məqsədilə ordan-burdan tədarük etdiyi natamam informasiyalara istinad edərək Azərbaycanda sənayenin vəziyyətini özünəməxsus şəkildə şərh edib. Guya sənayemiz azalıb, guya biz hətta MDB-də autsayderlərdənik. Təkrar edirəm: əslində bu saat bütün təhlil istiqamətlərində əsas mövzu Yekun Sülh sazişi olmalıdır. Biz nəhayət tariximizin elə mərhələsinə gəlib çatmışıq ki, Qarabağ mövzusu əbədi olaraq bitir. Necə deyərlər, ekranda titrlərin qalxdığı zamandır. Hamı və hər kəs Qarabağlı, Qarabağ isə Azərbaycandır. Qaragüruh isə dövlətin başının bu məsələyə qarışdığı vaxtda diqqəti tamam başqa tərəfə çəkməkdə, dünyada gedən böhranın təbii təsirlərinə məruz qalan iqtisadiyyatımızın imkanları, gələcəyi barədə təhrifedici məlumatlar yaymaqdadır”.

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Elchi.az xəbər verir ki, bu barədə Real Tv-nin baş direktoru Mirşahin Ağayev Fb hesabında qeyd edib.

“Bəri başdan deyim ki, ayrıca götürülmüş bir sahəni əhatə edən statistik məlumatlara istinad edərkən mütləq müəyyən müşayiətçi məlumatlara da müraciət edilməlidir. Necə?

Bax bunu indi biz edəcəyik və əmin olacaqsınız ki, marginallara hesablanmış, primitiv alətlərlə hazırlanmış müqayisə kifayət qədər qüsurlu və savadsızdır.

Əli Kərimli iddia edib ki, Azərbaycanın sənayesi çox az artıb, az qala biz sonuncuyuq və s. Bəs əslində vəziyyət necədir:

İlk növbədə ona diqqət yetirək ki, qaragüruhun tənqid hədəfi… sənayenin artmasıdır. Qərəzə, qeyri-peşəkarlığa baxmayaraq etiraf edirlər ki, ARTIM VAR! Amma az artım var!

İknicisi, bu ilin ilk yarısında sənayesi bizdən az artan MDB ölkələri də olub. Məsələn: Belarus, Rusiya… Əgər məqsəd doğrudan da ədalətli müqayisədirsə, onda onların adı niyə çəkilmir?

-üçüncüsü, hökümət hələ xeyli əvvəl elan etmişdi ki, Azərbaycanda neft sənayesi getdikcə azalacaq. Səbəb də neftin tükənən sərvət olmasıdır. Bunu Azərbaycan höküməti də bilir, BP də, burada çalışan digər tərəfdaşlarımız da. Nə qədər məlumatsız, savadsız, qərəzli olsalar da qaragüruhun özü belə bunu başa düşməmiş deyil. Çünki bu boyda sadə həqiqəti anlamamaq qeyri-mümkündür.

Beləliklə:
-gözlənirdi ki, bizdə neft-qaz sənayesində azalma baş verəcək. Amma əvəzində qeyri neft-qaz sənayesi artacaq. Elə də oldu: 2022-ci ilin birinci yarısında qeyri neft-qaz sənayesi 11.5 % artıb. Bu göstərici ilə Azərbaycan qeyri neft-qaz sənayesinin artım tempinə görə MDB-də hətta ilk üçlükdədir. Və bizim üçün əsas olan da məhz qeyri neft-qaz sənayesidir. Aydın məsələdir ki, neftin azalmasının qarşısını ala bilmərik. Amma bu da həqiqətdir ki, həm işğaldan azad olunmuş ərazilərdə sənaye potensialının dövriyyəyə cəlb olunması, həm də respublikanın digər ərazilərində sənaye ilə bağlı aparılan işlər bizdə inkişaf perspektivlərinin çox böyük olduğunu göstərir. Sənayenin həm ixracda, həm iqtisadiyyatda, həm də ölkədə əlavə dəyərin yaradılmasında payı getdikcə artır. Minlərlə işçi sənaye sektorunda işə cəlb olunur. Əslində bütün bunlar adi gözlə görünən faktlardır. Amma işlədiyi auditoriyanın, tuşlandığı hədəf qrupunun məlumatsızlığından istifadə etməyə çalışan iqtisadi avam, siyasi dayaz Əli Kərimli kontekstdən çıxardığı faktlarla sadəcə manipulyasiya edir.

Bax mən buna görə deyirdim.

Deyirəm.

Və deyəcəm!

Bu tip başabəla həvəskar siyasətçilərdən-bütün fəaliyyəti avantüra, yalan və təhrifdən ibarət olan, keçmişi rüsvayçı, gələcəyi sıfır birovuclardan uzaq olmaq lazımdır! Bu həm də dövlətə daha yaxın omaq deməkdir!”.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

NATO-nun kimə kömək etdiyini görürük – Ərdoğan

Next Post

İtaliya rus biznesmenin 11 villasını həbs etdi

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post
İtaliya rus biznesmenin 11 villasını həbs etdi

İtaliya rus biznesmenin 11 villasını həbs etdi

Abdullahiyanı Rusiyaya aparan səbəblər: Regionla bağlı xoş niyyətli deyillər

Abdullahiyanı Rusiyaya aparan səbəblər: Regionla bağlı xoş niyyətli deyillər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.