"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Seçkilərlə bağlı sensasion dönüş: bütün müxalifət boykota gedir…

19 Sentyabr 2015 - 10:55
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Seçkilərlə bağlı sensasion dönüş: bütün müxalifət boykota gedir…

ADP namizədlərini geri çəkdi; “Azadlıq-2015” bloku da boykot anonsunu verdi; Avropa Birliyi ilə münasibətlərin pozulması ölkədə yeni siyasi situasiya yarada bilər

 
Azərbaycanda seçki kampaniyasının gedişində siyasi proseslərdə şok gəlişmələr yaşanmağa başlayıb. Seçkilərdə iştirak edəcəyini bəyan edən ADP sentyabrın 16-da İdarə Heyətini toplayaraq seçkilərdə iştirakdan imtina qərarı qəbul edib.
ADP-nin mətbuat xidmətinin yaydığı rəsmi press-relizdə bildirilir ki, son vaxtlar Azərbaycanla ABŞ və Qərbi Avropanın demokratik institutları arasında münasibətlərin gərginləşməsini, ATƏT-in 2015-ci il parlament seçkilərində müşahidə missiyasından imtina qərarı verməsini, habelə ölkədə seçki öncəsi real siyasi vəziyyəti nəzərə alaraq ADP 1 noyabr seçkilərində iştirakdan geri çəkilir. 
Rəyasət Heyətinin qərarına əsasən, ADP sədri Sərdar Cəlaloğlu 9 saylı Binəqədi 2-ci, partiya sədrinin birinci müavini Həsrət Rüstəmov 18 saylı Nərimanov-Nizami, partiya sədrinin müavini Taliyət Əliyev 21 saylı Nəsimi 1-ci, partiya Ali Məclisinin sədri İsa Cəfərov 45 saylı Abşeron, Vasif Abdullayev 35 saylı Xətai 3-cü seçki dairələrində seçki fəaliyyətlərini sentyabrın 16-dan dayandırdıqlarını bəyan ediblər.
ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında deyib ki, seçki kampaniyasının ilk günlərindən prosesə aktiv şəkildə qoşulub imza toplayıblar və iki gün öncəyə qədər imzatoplama prosesini həyata keçiriblər. Lakin son günlər Avropa ilə münasibətlərin gərginləşməsinin pik həddə çatmasından sonra seçkilərdən geri çəkilməli olublar: “Biz görürük ki, Avropa Birliyi ilə Azərbaycanın bütün münasibətləri korlandı. ATƏT, Avropa Parlamenti seçkilərə müşahidəçi göndərməyəcək, ölkədəki ictimai-siyasi vəziyyət də göz qabağındadır. Ona görə də qərara gəldik ki, seçkidə iştirak eləməkdən çəkinək”.
YAP-ın deputatlığa namizədlər siyahısının ADP-nin belə bir qərar verməsinə təsir göstərib-göstərmədiyinə gəlincə, S.Cəlaloğlu dedi ki, seçkilərdən imtina etmələrində hakim partiyanın siyahısının qətiyyən heç bir rolu olmayıb: “YAP-ın siyahısında cəmiyyətin tanıdığı adamlar yox dərəcəsindədir. O namizədlərin böyük əksəriyyətini cəmiyyət tanımır. Heç YAP-ın üzvləri də onları tanımır. Bu baxımdan, əksinə, YAP-ın belə siyahısı seçkilərdə iştiraka daha böyük stimul verərdi. Amma biz Demokrat Partiyasıyıq və bizim əsas hədəfimiz Azərbaycanla Avropa arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropatlantik məkana inteqrasiyasına nail olmaqdır və sairdir. İndiki halda isə Azərbaycanla Avropa arasında elə bir gərgin konfrantasiya var ki, hətta kimsə deputat olacağı təqdirdə belə, məqsədlərinə çata bilməz. Bizim addımımız siyasi reallıqları düzgün qiymətləndirməkdir. Bunu belə qəbul etməyiniz daha düzgün olardı. Mən şəxsən özüm imzaları da toplamışdım. Ancaq son günlərdəki vəziyyəti dəyərləndirib geri çəkildik”.
Seçkidə iştirak edən yeganə seçki bloku “Azadlıq 2015″dən prosesi yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb. 
Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib. M.Mirəlioğlu deyib ki, 20-dən artıq dairədə blokun namizədlərini qeydə almırlar. Hələ YAP-ın siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər ediblər, təhsil şöbəsinin müdirləri, direktorlar, müəllim işləyən blokun namizədlərinə təzyiq göstərirlər. Partiya sədri deyib ki, hətta 16 sentyabrda dairələrin birində namizədin sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəni oğurlayıblar.
 
KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verib:“Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”.
Qeyd edək ki, “Azadlıq 2015″ seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca ”Azadlıq 2015″dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayır və ardınca seçkidən geri çəkilə biləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən az sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstərilməsi təsadüf sayıla bilməz.
Tanınmış müxalifət partiyalarından birinin rəhbərliyinə daxil olan şəxs əməkdaşımıza olduqca maraqlı informasiya verib. Onun dediyinə görə, aparıcı müxalifət partiyalarının seçkidən çəkilməsindən sonra Avropa Birliyi və ATƏT-dən daha bir sərt qətnamə gələcək və adıçəkilən beynəlxalq təşkilatlar “müxalifətin iştirak edə bilmədiyi seçkinin nəticələrini tanımırıq və belə seçki ilə keçirilmiş parlament legitim sayıla bilməz” bəyanatını verəcəklər.
Etibar SEYİDAĞA
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputat seçkiləri müxalifəti parçalayır

Next Post

“Əgər ABŞ prezidenti olarsa…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Əgər ABŞ prezidenti olarsa...”

Obama və Kastro ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.