Fransanın xarici işlər naziri Stefan Sejurne etiraf edib ki, o, oxuma və ya yazmağa təsir edən öyrənmə pozuqluğu olan disleksiyadan əziyyət çəkir.
Elchi.az Tass.ru-ya istinadən xəbər verir ki, Sejurne bu barədə “Le Parisien” qəzetinə müsahibəsində bildirib.
Nazir fransız dilində və tələffüzdə səhvləri ilə bağlı tənqidlərə cavab verib.
“Mənə çox gənc yaşda ağır disleksiya diaqnozu qoyuldu. 15 il əvvəl mən sizinlə indi apardığım müzakirəni apara bilməzdim”, – deyə Fransanın xarici işlər naziri bildirib.
Sejurnenin sözlərinə görə, o, şifahi nitq qüsurlarından xilas olmaq üçün uzun bir proses keçib. Eyni zamanda, o, bildirib ki, disleksiya onun işinə heç bir təsir etmir.
“Milyonlarla insanda disleksiya var. Onlara mesaj göndərmək və demək istəyirəm ki, bu, sizə keçilməz görünə bilər, amma baxın, hər şey mümkündür. Ümidsiz olmayın”, – deyə Sejurne əlavə edib.
Qeyd edək ki, Disleksiya beynin müxtəlif hissələri arasında zəif sinir əlaqələrindən qaynaqlanır. Bu pozğunluğu olan insanlar hesab və ya jest idarə etməkdə çətinlik çəksələr də, bu heç bir şəkildə zehni qüsurla əlaqəli deyil.
Xatırladaq ki, Stefan Sejurne 34 yaşlı Qabriel Atalın rəhbərlik etdiyi yeni Fransa hökumətinə daxil olub.
Yeganə






