“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib.
“Həmsədrlər münaqişənin sülh yolu ilə həllinə çalışır. Bu istiqamətdə səylərini davam etdirir. Hazırda Azərbaycan və Ermənistan xarici işlər nazirləri və prezidentlərinin görüşünü təşkil etmək üçün iş aparılır. Birmənalıdır ki, münaqişənin hərbi yolla həlli yoxdur. Məhz sülh yolu ilə münaqişənin həllinə nail olmaq üçün tərəflər bir araya gəlməlidir. Bu, çox önəmlidir”-deyə ABŞ səfiri vurğulayıb.




