Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri professor adı verilib.
Elchi.az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.
O, bu münasibətlə Selçuk Bayraktarı təbrik edib.
Nazir müavini bildirib ki, bu günə qədər cəmi 15 nəfərə bu universitetin fəxri professor adı verilib, onlardan biri də Selçuk Bayraktardır.






