Altıncı sinif şagirdi şəkil çəkdirmək üçün pəncərəni açmışdı
Rusiyada məktəbli qız şəkil çəkdirən vaxt 8-ci mərtəbədən yıxılıb.
ANS PRESS-in məlumatına görə, məktəbli qız 6-cı sinif şagirdi olub. O, öz evlərində rəfiqəsi ilə birlikdə olub. Şəkil çəkdirmək istəyən qız pəncərəni açıb və pəncərəaltının üstünə çıxıb. Elə bu vaxt məktəbli müvazinətini itirib və 8-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə dünən – yanvarın 27-də olub.
Qeyd edək ki, yanvarın 27-də Rusiyada daha bir bunabənzər hadisə olub. Sərxoş bir kişi yaxınlaşan qatarla “selfie” çəkdirmək istəyib. Maşinist qatarı saxlamağı çatdırmayıb və həmin adam qatarın altında qalaraq ölüb.
ANS PRESS



