“Parisdə “Charlie Nebdo” satirik jurnalının redaksiyasına terrorçu basqını İsrail kəşfiyyatı təşkil edib”. İsrail KİV-lərinin bu gün tirajladığı bu sensasion bəyanatla “Free Gaza” hərəkatının nümayəndəsi Qreta Berlin çıxış edib.
“Fransada satirik jurnalın Paris ofisinə sadəcə olaraq “Mossad” hücum edib. Məqsəd Fələstinlə Fransa arasındakı sazişə zərbə vurmaq üçün saxta təxribat törətməkdən ibarət olub. Bizə yalnız ona ümid etmək qalır ki, Fransa polisi yaxşı təlim görmüş İsrail kəşfiyyatının əli ilə törədilən bu hadisələri ayırd edə, ondan baş çıxara biləcək. Ümid edək ki, Fransa polisi müsəlmanların Fransaya hücum etdiyini düşünməyəcək. Çünki Fransa müsəlmanların yaxın dostudur. Axı İsrail də Fransaya bundan əvvəl xəbərdarlıq etmişdi. İsrail tərəfi bəyan etmişdi ki, əgər Fransa Fələstinin tərəfində durub onun tanınması lehinə səs versə, bunun ciddi nəticələri olacaq. Bu dəhşətli hücuma görə kimlərin məsuliyyət daşıdığı hətta 4-5 yaşlı uşaqlara da aydındır” – deyə newsru.co.il portalı Qreta Berlindən sitat gətirib (virtualaz.org).



