"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sensasion video: Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir – (Video)

25 Fevral 2015 - 11:55
in DÜNYA

Rusiya hərbi karvanı Mariupola doğru irəliləyir - (Video)Ukraynanın şərqində atəşkəsə dair Minskdə “Normand dördlüyü” formatında (Rusiya, Ukrayna, Fransa və Almaniya) əldə edilmiş razılaşmaya baxmayaraq Rusiyanın yeni əraziləri tutmaq planları barədə həyəcanlı xəbərlər gəlir.

Virtualaz.org saytı xəbər verir ki, finlandiyalı jurnalistlər Rusiya-Ukrayna sərhədini keçərək Azov dənizinin sahilindəki strateji əhəmiyyətliu Mariupol şəhərinə doğru irəliləyən Rusiya hərbi karvanını lentə alıblar.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Bu kadrlar Finlandiyanın “Yle” telekanalının saytında yerləşdirilib. Çəkilişlər avtomobillər üçün nəzərdə tutulmuş “Novoşaxtinsk” sərhəd-keçid məntəqəsində aparılıb.

Xəbərdə deyilir ki, sərhədi keçən və üzərində tanınma nişanları olmayan hərbi avtomobillərdə çoxlu sayda rus əsgərləri daşınıb. Karvanda “Uraqan” reaktiv artilleriya sisteminə oxşayan iki reaktiv sistemi də olub. Bundan əlavə, avtomobil karvanında “Maqnit” supermarketlər şəbəkəsinin loqotiplərini daşıyan iki furqon da yer alır. Karvandakı bəzi nəqliyyat vasitələri maskalanıb.

Fin jurnalistləri bildirir ki, rus sərhədçiləri onların çəkiliş apardığını görən kimi bunu dərhal qadağan ediblər. Üstəlik onlar jurnalistləri sorğu-suala tutaraq gecə saatlarında sərhəd məntəqəsini çəkib-çəkmədiklərini öyrənməyə çalışıblar. Daha sonra jurnalistlərdən sərhəd zonasını tərk etməyi tələb ediblər və çəkilişin qadağan olduğunu bildiriblər.

Jurnalistlər onu da öyrəniblər ki, Rostov vilayətinin Ukrayna ilə sərhəd hissəsində Rusiya qoşunlarının cəmləşdirilməsi davam edir. Yerli sakinlər təsdiq ediblər ki, Rusiya Ukraynanın şərqindəki separatçılara hərbi dəstək verir və bunsuz onların Kiyevə uzun müddət müqavimət göstərməsi mümkün olmazdı.

Fin jurnalistlərinin çəkdikləri kadrları analiz edən Rusiya KİV-ləri sərhədi keçən hərbi kavranda dəhşətli dağıdıcı gücə malik “Tornado” sistemlərinin hərəkət etdiyini təsbit ediblər.

Xatırladaq ki, Minskdə əldə edilmiş atəşkəsdən sonra separatçıların əsas qüvvələrini Mariupol şəhəri istiqamətində cəmləşdirdiyi barədə məlumatlar yayılır.

Ukraynada və Qərbdə narahatdırlar ki, Rusiyanın və onun dəstək verdiyi separatçıların növbəti hədəfi məhz Mariupol şəhəri olacaq. Bu şəhərin alınması Krıma quru dəhlizi açmağa imkan verir. Təxminlərə görə, Mariupola hücum gələn ay başlaya bilər. Bu zaman bəhanə kimi Ukrayna tərəfinin atəşkəs razılaşmasıan əməl etməməsi göstəriləcək.

Artıq “Normand dördlüyü” ölkələri xarici işlər nazirlərinin Minsk razılaşmasının yerinə yetirilməsinə dair fevralın 24-də Parisdə keçirilən danışıqlarında problem yaranıb. Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqları yarımçıq tərk edib.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İmişlidə Şəhidlərin ruhunu narahat edirlər…

Next Post

"Hərbi hissələrdə 270-dən artıq "Etimad qutusu" qoyulub"

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

"Hərbi hissələrdə 270-dən artıq "Etimad qutusu" qoyulub"

Bakıda qadın məhkəmə zalında həbs olundu

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.