Rusiyanın xarici işlər naziri Sergey Lavrov Karakasa rəsmi səfərə gəlib.
Elchi.az xəbər verir ki, Venesuela Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin Latın Amerikası turnesi çərçivəsində səfər etdiyi ikinci ölkə olub.
Cəmi bir neçə saat əvvəl Lavrov hələ də Kubada idi və orada xarici işlər naziri Bruno Rodriges və respublika prezidenti Migel Diaz-Kanellə danışıqlar aparıb .
Oxşar format Karakasda təqdim olunur. Lavrovun proqramına Venesuelanın xarici işlər naziri İvan Gil və prezident Nikolas Maduro ilə görüşlər daxildir. Bundan əlavə, rusiyalı nazir Aleksandr Puşkinin büstünün açılış mərasimində iştirak edəcək.
Danışıqlar başa çatdıqdan sonra Lavrov Braziliyaya səfər edəcək. G20 xarici işlər nazirlərinin görüşü fevralın 21-22-də Rio-de-Janeyroda keçiriləcək. Lavrov qrupun görüşlərində iştirak etməklə yanaşı, tədbir çərçivəsində bir sıra ikitərəfli danışıqlar da aparacaq.
Nuranə Məmmədova





