"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Serj Sarkisyanın Dağlıq Qarabağ səfərinin pərdəarxası…

22 İyun 2016 - 21:51
in XƏBƏR LENTİ
Serj Sarkisyanın Dağlıq Qarabağ səfərinin pərdəarxası...
Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. S.Sarkisyanın Dağlıq Qarabağa səfərinin məqsədi və digər təfərrüatları isə açıqlanmayıb. 
Rusiyadan gəldikdən sonra S.Sarkisyanın dərhal Dağlıq Qarabağa səfər etməsi ictimaiyyətdə müəyyən sualların yaranmasına səbəb olub. S.Sarkisyan Dağlıq Qarabağa hansı məqsədlə gedib?
 
Musavat.com-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, bu, sırf təxribatdır: “Onsuz da Sankt-Peterburq danışıqlarından real nəticə çıxmadı. Əslində Ermənistan tərəfi yenə də diqqəti atəşkəsə yönəltmək istəyir. Çalışırlar ki, atəşkəs uzunömürlü olsun. Çox təəssüf ki, rusiyalı rəsmilər də bu məsələlərdə eyni mövqedən çıxış edirlər. Çünki görüşdən əvvəl də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirdi ki, atəşkəsin uzunömürlü olmasını sığortalamağa çalışmalıyıq. Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan da bu cür açıqlama gəldi. Bizim isə belə bir dərdimiz yoxdur. Bizim əsas məsələmiz, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının sürətləndirilməsidir. Buna paralel, atəşkəsin qorunması mexanizmi üzərində işləmək olar. S.Sarkisyanın dərhal Dağlıq Qarabağa səfər etməsində iki məqsəd var. Bunlardan biri yəqin ki, beynəlxalq aləmə mesaj verməkdir. Bu səfərin ikinci mesajı Xankəndi separatçılarınadır. Yəni sanki onlara demək istəyir ki, narahat olmayın, sizin mövqe və maraqlarınızı tam təmin edirəm və heç bir geri addım olmayacaq”.
 
Politoloq bildirib ki, hər danışıqdan sonra erməni tərəfi açıqlama verir və məsələni mahiyyətindən uzaqladırmağa çalışır: “Paris görüşündən sonra da bu cür olmuşdu. Həmin görüşdən sonra sanki tərəflərdə bəzi məsələlərdə guya yaxınlıq var idi. Ancaq dərhal sonra Ermənistan işğal altındakı torpaqlarda hərbi təlimlər keçirdi və Azərbaycan düşmən helikopterini vurmaq məcburiyyətində qaldı. Nəticədə, Paris görüşünün üstündən xətt çəkildi. Eləcə də sonuncu görüşdən dərhal sonra S.Sarkisyan Dağlıq Qarabağa gedir və mənfi mesajlar verir. Bu da ondan xəbər verir ki, əslində Sankt-Peterburq görüşündən də real nəticə çıxmayıb və bir qədər sonra ümumiyyətlə, bu görüşlə bağlı danışılmayacaq”.
 
Politoloq bildirib ki, aprel döyüşlərindən sonra ümidlər Vyana görüşünə idi: “Lakin bu görüşün heç bir nəticəsi olmadı. Eləcə də Sankt-Peterburq görüşünün də nəticəsi görünmür. Faktiki olaraq, bizim apreldə hərbdə qazandığımız  müəyyən uğurlarımız, çox təəssüf ki, danışıqlar masasına inikas olunmadı. Danışıqlarda uğur qazana bilmədik. Bu da bizdən asılı olmayan səbəbdir. Ancaq cəmiyyətdə müəyyən ümidlər var idi. Ümidlər vardı ki, Ermənistana böyük dövlətlər təsir edəcəklər ki, müharibənin olmaması üçün Dağlıq Qarabağın ətrafndakı rayonların boşaldılmasına başlasın. Mən, o zamanlar da buna inanmırdım. Çünki daha güclü təzyiq olmalıdır ki, Ermənistan hakimiyyəti bu yola getsin. İki aylıq danışıqlar prosesi göstərdi ki, Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik yoxdur. Böyük dövlətlər çox təəssüf ki, Ermənistana təsir və təzyiq etmirlər. Deməli, yeganə alternativ yenə də hərbi yolla qarşı tərəfi sülhə məcbur etməkdir. Elə Sankt-Peterburq görüşündən bir gün əvvəl Azərbaycan ordusunun hərbi təlimlərə başlaması da məhz ölkə hakimiyyətinin bir mesajı idi. Azərbaycan hakimiyyəti də danışıqlardan ciddi bir irəliləyiş əldə olunacağına inanmadığı üçün bir gün əvvəl bu təlimlərə start verdi. Doğrudur, burada bir məsələ də var ki, aprel atəşkəsinin “memarı” Rusiya prezidenti Putin idi. Eyni zamanda sonuncu görüşü də o təşkil etdi və Rusiya yenidən əsas vasitəçiyə çevrildi. Əgər atəşkəs  pozularsa, Putin siyasi fiqur kimi simasını itirə bilər. Ona görə də, çox çalışacaq ki, Azərbaycan və Ermənistan atəşkəsi pozmasın. Lakin bu, Putinin öz dərdidir. Bizim dərdimiz isə fərqlidir. Bu baxımdan çalışmalıyıq ki, düşmənə hərbi baxımdan təsiri artıraq. Bu, o demək deyil ki, genişmiqyaslı müharibəyə başlayaq. Ancaq aprel döyüşləri göstərdi ki, düşmənə nəyisə döyüş meydanında məcbur etmək olar”.
E.Şahinoğlu apreldə qazandığımız uğurların hazırkı nəticəsinə də diqqət çəkib: “Yüksəklikləri əldə etməmiz birinci uğurlu nəticəmizdir. İkinci uğurlu nəticəmiz bu oldu ki, Ermənistan daxilində qarışıqlıq yarandı və indi də davam edir. S.Sarkisyan indi də kimlərisə vəzifədən azad edir, kimlərisə vəzifəyə təyin edir. Eyni zamanda müxalifət də ona qarşı çıxır. Bunun özü də bizim üçün uğurdur”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kimlər güzəştli ipoteka ala bilər? – Yeni qaydalar

Next Post

Fransada azərbaycanlıya abidə qoyuldu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Fransada azərbaycanlıya abidə qoyuldu

AGBank-dan Visa Kart sahiblərinə şad xəbər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.