"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sevil Massivi MTK”-dan pullarını ala bilməyən sahibkar mətbuat konfransı keçirib

18 Noyabr 2014 - 10:53
in GÜNDƏM

IMG-20141117-WA000417 Oktyabr 2014-cü il tarixində “Vətəndaş Hüquqlarının Müdafiəsi Naminə Hüquq Müdafiə Təşkilatı“-nın ofisində “Sevil Massivi-MTK” tərəfindən hüquqları pozulmuş sahibkar Həsən Ağayev tərəfindən mətbut konfransı keçirilib.  Konfransa H. Ağayev bildirib ki, o, uzun müddət “Sevil Massivi” MMC-yə armatur və taxta materiallarının nisyə satışı təmin edib. Lakin verdiyi mal-materialların pulunu bu günədək ala bilməyib. 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

H. Ağayevin mətbuat konfrasında səsləndirdiyi fikirlərdən çıxarış:

“Mən 2014-cü ilin fevral ayından “Sevil Massivi MTK”- ilə iş icraçısı kimi əməkdaşlığa başlamışam.  Tikinti üçün massivə tanışım Nəcəfdən nisyə aldığım dəmir armatur və taxta gətirmişəm. Lakin bu günə qədər həmin materialların pulunu ala bilmirəm. Əvvəllər pulu hissə-hissə də olsa puldan ala bilirdik. Aldığım pulları hər gün Nəcəfə təfil verirdim. Sonralar isə materialı özüm verirdim çünkü ordan ev götürmək istəyirdim.

Mənə söz verilmişdi ki, gətirdiyin malın dəyərində sənə ev veriləcək. Qeyd edim ki, ev mənə razılaşma ilə kv/m 650 manatdan veriləcəkdi. Daha sonralar isə mənə tikiləcək binaların təməl qazıntısı işləri təklif oldu. Bu işdə də Nəcəf adlı tanışımın şərikliyi ilə başladıq. Bunun üçün əvvəlcə GNN adlı firma yaratdıq və onu dövlət reyesterindən qeydiyyatdan keçirdik. İşin maliyyə dəsdəyi Nəcəf tərəfindən təmin olunurdu. Mən isə işçi qüvvəsi və digər məsələlər ilə məşğul olurdum. Bir binanın təməl qazıntısını 14000 (on dörd min) manata razılaşmışdıq. Danışığımıza görə 120-ə yaxın binanın 30-a qədər təməli mənim təşkilatçılığımla qazılmalı idi. Mən də bu səbəbdən dostuma aid 9500 (doqquz min beş yüz) manat dəyərində 2 ədəd ofis konteyner gətirib “Sevil Massivi”nin ərazisində yerlışdirdim. Çünkü azı 6 aylıq işimiz olmalı idi. İşlərimiz də uğurla başlamışdı. Mənə tikintinin bütün sənədlərinin qaydasında olduğu bildirilmiş və  Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamlar, Fövqəlada Hallar Nazirliyi tərəfindən verilən rəylər (Geologiya və Baş Dövlət Tikintidə Təhlükəsizlik Agentliyi) göstərilmişdi.

Biz bu ərəfədə iki ədəd təməl qazmışıdıq. 8 gün ərzində hər gün 7 “Şaqman” markalı yük maşınları və 1 ədəd “Doosan” markalı ekskavator torpaq qazan günəmuzd çalışıb. Qeyd edim ki, sadaladığım texnikalar Massivin fəaliyyəti dayandırılan günə kimi çalışıblar. Mən bütün texnikaları nisyə işlədirdim. “Sevil MMC”-nin rəhbəri Aynur Zeynalov isə mənə sən biraz iş gör, indi maddi sıxıntı var, pulumuz olanda sizə tam pul verəcəyəm deyə mənə söz verirdi. Onsuz da ora gətirmiş olduğum materiallardan və taxtadan ümumilikdə 38700 (otuz səkkiz min yeddi yüz) manat borclu olduqları halda, əlavə olaraq mənim böyük borcalrın altında qoyub aldatdılar. Aynur qanunsuz iş gördüyü üçün həbs edildi. 8 gün ərzində çalışan texnikalara 8000 (səkkiz min) manat dəyərində borclandım. Massivə qoyuluş möhür nəticəsində bu günə qədər Doosan markalı ekskavator massivin tikintisi ərazisindı qalmış və bu günə kimidə qalmaqdadır. Bu isə mənim üstümə yazılan əlavə pullardır. Texnikanın sahibi isə məndən haqlı olaraq texnikasını və pulunu tələb edir. Mən artıq çox ağır günlər keçirirəm və bunun sonu yaxşı qutarmayacaq kimi görünür. Mən kimlərinsə cah-cəlal içində yaşaması üçün borc altına girib, daha sonra həmin borcu ödəmək məcburiyyətində deyiləm.  Ekskavatorun bu günə kirayəsini hesablasaq artıq 10000 (on min) manatı keçib. Bu mənim üçün çox ağırdir. Mən bu kimi borcların altında qalmaq istəmirəm.

Armaturu mənə görə nisyə verən Qurbanov Nəcəf Nəcəfəli oğlu adlı köhnə dostum artıq məndən pulların tələb edir. Bunun üçün vaxt da qoyulub. Artıq hədə-qorxular başlayıb. Ailə üzvlərim təhlükə altında yaşayır. Gecəm-gündüzüm olmadan gələn zənglər məni cana doydurub. Qapima gəlinir. Halbuki o pulu nə mən, nədə  maənim ailəmdən kimsə xərcləyib. ŞƏRİK olaraq iş görülüb Dövlət tərəfindən dayandırılıb. Bunun günahkarı mən deyiləm. Mənim satmağa heç nəyim yoxdur. Dostluq düşmənçiliyə çevrilib. Manim ailəm artıq bu hədələrdəm narahatdır. Mənim isə pulum yoxdur ki, bu şəxslərin pulunu verim. Əslində, bu borc mənim deyil “Sevil MMC”-nin sahiblərinin borcudur. Mənim alacaq olduğum yer “Sevil Massivi”, yəni şirkət sahibləridir ki, onların da əksəriyyəti həbs olunub. Yalnız Samirə Zenalovadan başqa.

Neçə gündür ki, Aynur Zeynalovun həyat yoldaşı (həm də Sevil MTK-nın 30% hissədarı) Samirə Zeynalova söz verirdi ki, bizə köməklik edib borclarından verəcəklər. Guya ev və maşın satılacaq. İnsanı bu qədər aldatmaq olmaz. Bizdə bilirik ki Aynurun evleri, ofisi və torpaq sahəsi var. Bu qədər insanı aldadıb bu mülkləri saxlamaqla borclarını vermək kimi niyyətləri yoxdur. Mən artıq nə evimdə, nə gündəlik həyatımda rahat yaşaya, rahat otura bilirəm. Bu insanlar başa düşmür ki, məni artıq hədələrlə üz-üzə qoyurlar.

Mən buradan ölkə rəhbərliyinə, xüsusilə Daxili İşlər Naziri cənab Ramil Usubova səslənirəm – Xahiş edirəm, manim pullarımın, ən azından borclarımı verəcək qədərinin “Sevil Massivi MTK”-nın sahibkarları tərəfindən ödənilməsinə və mənim bu insanların hədələrindən qurtulmağıma və ailə üzvlərimin təhlükəsizliyinin təmin olunmasına köməklik göstərəsiniz.”

IMG-20141117-WA0004

sevv

IMG_4880

IMG_4870 IMG_4871

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mərkəzi Bank gələn il 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir

Next Post

Abbas Abbasov bu dəfə kimi yarıyolda qoydu?..

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Abbas Abbasov bu dəfə kimi yarıyolda qoydu?..

Ərəblər Qüdsdə 5 israillini baltaladılar - Son dəqiqə

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.