"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sevinc Babayeva ölümündən öncə Elşad Abdullayevlə nə danışıb?

31 Oktyabr 2014 - 08:35
in CƏMİYYƏT MANŞET

“Sən məni Türkiyədən çıxar, sonra isə mən….” img1661680

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

İkili arasındakı 5 milyon dollarlıq müdhiş bazarlıq cəhdinin detalları “Yeni Müsavat”da

“Mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın son günləri ilə bağlı “Yeni Müsavat”a ilginc məlumat daxil olub. Qəzetimizin elektron poçtuna naməlum ünvandan yeni xəbər göndərilib. Xəbərin göndərildiyi elektron ünvanla daha öncə S.Babayevanın xarici pasportunu, səs yazısını göndərən ünvan eynidir.
Budəfəki məlumat isə öncəkilərdən yeni detalları ilə fərqlənir. Mənbə yazıb ki, Sevinc Babayeva İstanbulda ikən dəfələrlə ABU-nun sabiq rektoru, Fransada yaşayan Elşad Abdullayevlə telefonla danışıb. Danışıqlar 2012-ci ilin oktyabr ayından başlanıb və dekabra qədər davam edib.
Mərhumə əsasən küçədəki aparatlar vasitəsilə (“ankasorlu telefon”) E.Abdullayevə zəng edirmiş. Tez-tez 2 dollardəyərində telefon kartları alan S.Babayevanın telefon danışıqlarını qaldığı evdən və onu himayə edən türkiyəli iş adamı Səlcuq Ağlayanın telefonundan etməməsinin isə bəlli səbəbləri var imiş. Belə ki, “ankasorlu telefondan” zəng edəndə izlər tam itir və heç bir halda polis bu görüşmədən xəbər tuta bilməzdi. İşini ehtiyatlı tutan S.Babayeva isə işi maksimum izsiz həll etmək istədiyi üçün küçə telefonlarının xidmətindən istifadə edirmiş.
Mənbənin yazdığına görə, S.Babayevanın E.Abdullayevdən istədiyi yeganə şey isə onu himayə etməsi idi: “Sevinc onunla danışığında başına gətirilən bu oyuna görə onu suçlamışdı. Elşad Abdullayev isə cavabında günahın Sevincdə, Gülər Əhmədovada olduğunu deyirdi. Ona görə də onlar arasında danışıqlar bir neçə dəfə mübahisə ilə bitmişdi. Amma sonradan Sevinc Elşad Abdullayevdən xahiş etdi ki, onu hansısa yolla İstanbuldan çıxarıb, Fransaya və ya Avropa ölkələrindən birinə aparsın”.
Mənbə yazıb ki, E.Abdullayev də ilk vaxt S.Babayevanın bu təklifinə sıcaq yanaşıb. Hətta təklifi həyata keçirmək üçün şərt də qoşub: “Elşad Abdullayev isə deyirdi ki, sən əlində olan diskləri, materialları mənə 5 milyon dollara sat, həm pul sahibi ol, həm də səni qoruyum. Elşad Abdullayev Sevinc Babayevaya söz vermişdi ki, həmin o pulu Rusiya üzərindən ona çatdıracaq.  İlk vaxtlar Sevinc bu təkliflə razılaşmaq istəmişdi. Amma sonradan çəkindi. Düşündü ki, əlindəki məxfi materialları Elşad Abdullayevə verdiyi üçün onu aradan götürərlər. Heç rektora da etibar etmirdi”.
Məlumat bundan ibarət idi. Bütün hallarda bu, adını açıqlamayan bir mənbənin yazdıqlarıdır. Amma “Yeni Müsavat” həmin mənbənin daha öncə S.Babayevanın səs yazısını və itkin düşmüş xarici pasportunun nüsxəsini eyni yolla redaksiyamıza göndərdiyini xatırladır. Bu səbəbdən də onun yazdıqlarında həqiqət payı olmasını istisna etmir.
Əməkdaşımız bu xəbərlə bağlı bəzi detalları dəqiqləşdirmək üçün türkiyəli iş adamı, S. Babayevanı son günlərinə qədər himayə etmiş Səlcuq Ağlayanla əlaqə saxladı. S. Ağlayan telefon zəngimizə cavab versə də, sualı eşidən kimi danışmağa müsaid olmadığını bildirdi. Xatırladaq ki, S. Ağlayan bu günə qədər S.Babayeva ilə tanışlığının Bakıda, tam təsadüfən baş tutduğunu deyir. Azərbaycandan gələn insanlara hər zaman İstanbulda yardım etdiyini vurğulayan türkiyəli iş adamı bu məsələdə “açar fiqur” rolunu oynayır.
Xəbərdəki məlum iddialarla bağlı E. Abdullayevlə də danışmağa cəhd etdik. Sabiq rektor nə əməkdaşımızın telefon zənginə, nə də elektron ünvanına  yazdığı məktuba cavab verdi.
Mövzunu davam etdirəcəyik.
Sevinc TELMANQIZI
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Anar Məmmədov bu qətl üçün 500 min dollar təklif etdi…”

Next Post

Rusiya, Ukraynaya satacağı qazin qiymətini aşağı saldı

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Rusiya, Ukraynaya satacağı qazin qiymətini aşağı saldı

“LG” də istehsalı dayandırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.