"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Seymur Baycana AÇIQ MƏKTUB

25 Avqust 2014 - 10:48
in KÖŞƏ YAZILARI

Ramil Qafarov

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

ramilOla bilsin, kütlə şüurunda stereotip yarada biliblər ki, Azərbaycanda “azad yazarlar” deyəndə Ayo-çular yada düşür.  Reallıq isə fərqlidir. AYO-nu tanıyandan siyasətçi diqqətsizliyindən şikayət etdiklərini görmüşəm. Xeyli yazılar yazıblar, çayxana müzakirələri olub. Ancaq siyasi təhsil alan adam kimi istəklərini anlamamışam. Məgər başa düşmürlər ki, siyasətçi yazıçıdan ədəbiyyat yox, siyasi sifariş tələb edəcək.

Başda sən Seymur Baycan olmaqla, AYO-çuların – iqtidarlı, müxalifətli – siyasətçilərə əl açdığı az olmayıb. İlk olaraq nazirlərə, dövlət orqanlarına üz tutdular. Məktub yazıb kürü bankasınacan xahiş ediblər.

Gəl ki, nə cəsarətləri, nə iradələri çatacaq bir işə girişdilər. Dissident yazıçı olmaq qərarı verdilər. Dissidentlik isə ən cəsarətli mövzularda yazmaq deməkdir. Məişət mövzularından yazmaqla dissident olmayacaqlarını anladılar. Tələb qoydular ki, siyasətçi ya AYO-nun yanında olmalıdır, ya da AYB-in.

Seymur, qardaşım deyək ki, haqlısan. Leninin, Trotskinin həyatını oxuyursan. Sənə ağır gəlir. Bizimkilərin də onlara oxşamasını istəyirsən. Axı sən kimlərdən kitaba diqqət tələb edirsən? Kitabsız adamlardan?!

Siyasi mühitə bax. Gör orada nə qədər əyalət adamı var. Pencəkli, qalstuklu dünənki kolxozçular. 25 ildir kostyum geyirlər. Şəhərlə, ədəbiyyatla onları bağlayan tək şey də elə kostyumdur. Zehniyyət paltar deyil ki, birini çıxarıb, başqasını geyəsən. Kitabsız adamı paltar da dəyişmir. Kitabsızlıq gec-tez mahiyyətini göstərir.

Heç kitabı olan siyasətçi qaragüruhçuluğa yuvarlanarmı? Beş metr məsafədə dayanan həmkarı ilə qışqıra-qışqıra, əl hərəkətləri ilə danışarmı? Təəccüblənmə. Bu, vərdişdir. Naxırda, örüşdə hayladıqları heyvanı siyasətə gələndə insanla səhv salıblar. Siyasi etiket necə olur, onu kitabdan oxuyub öyrənməlisən. Kitabsız adamlar kitab üzü açmayıblar ki, oxusunlar, bilsinlər.

Sən heç özünə sual vermisənmi niyə bu düşərgənin ədəbi kumirləri nasir yox, Ramiz Rövşən, Rüstəm Behrudi, Mirzə Sakit kimi şairlərdir? Çünki əyalətdə ədəbiyyat yaranmır. Adını şifahi ədəbiyyat qoyublar. Amma kitabların külliyyatı kimi anladığımız ədəbiyyat heç vaxt dağda, tarlada yaranmayıb.

Əyalət adamının ilk ədəbiyyat müəllimi yazıçı deyil, tamada, meyxanaçı, mərsiyəxan olur. Şeir ona Lermontov, Yesenin olmaq üçün yox, toyda yaxşı tost deyə bilməsi üçün lazımdır. Yaxşı şair olmaq isə əla tamada olmaq deməkdir. Toy aparmaq alınmasa, bəxtlərini mərsiyədə sınayırlar.  O adamlar bizi pozitiv olmağa çağırırlar. Amma Ramiz Rövşənin kəfən poeziyası ruhlarına çöküb. Bundan həzz alırlar.

İndi kepkanı qoy qabağına, düşün. Həmin tamadalar, mərsiyəxanlar bu gün siyasətdədirlər. Olduqları kimi də qalıblar. Kitab üzü açmadan. Məgər elə olmasaydı, toyda necə qol açıb oynadıqlarını, yeyib-içmək süfrəsinin fotolarını “Facebook”da bizə siyasi təşviqat materialı kimi təbliğ edərdilərmi?

Sən, onların “Facebook” divarında nə vaxtsa ədəbi müzakirə açdıqlarını, müasir dünya yazıçısından sitat gətirdiyini görmüsənmi? Mən də görməmişəm. Əvəzində hər gün xeyli sayda düşük səviyyəli ad günü təbriki görürəm. Bu təbriklər təkcə təbrik sahibinə yox, publikaya ünvanlanır. Sanki virtual tost deyirlər. “Facebook” onlar üçün toy mağarı olaraq qalır. Mark Zukerberq “Bəy havası” çaldırmaq imkanı da yaratsaydı, göyün yeddinci qatında olardılar.

Şikayətlənirsən ki, illərdir mübarizə aparırlar, amma kitab yazmırlar. Sən ki, yazıçısan, bilməlisən. Kitab yazacaq şəxs, yüz kitab açıb oxumalıdır ki, bir kitab yaza bilsin. Kitabsız adamlardan özlərinə qarşı nə üçün belə işgəncə tələb edirsən? Heç insaf yoxmu səndə?

Kitabsızlıq müvəqqəti qüsur yox, taledir. Onlar kitabsızlığı tale kimi seçiblər. Bu alın yazısı ilə də öləcəklər. Özləri haqda yazmayacaqlar, bir başqası onlar haqda yazacaq. Tarix tunelində qamçılayaraq.

Gənc nəslə, gənc siyasətçilərə ümidlisən. Bu məsələdə də seçici ol. Əyalətdən siyasətə axışan gənclərə diqqət yetir. Nə zaman ki, şəhər mühitindədirlər, qalstuk onları zəncirləyir. Tribuna ciddiyyət diktə edir. Elə ki, qayıtdılar kəndlərinə öz təbi hallarını alırlar. Şişə çəkilmiş toğludan, əldə çəkilmiş meyvə arağından yazırlar. Bu onların ən xoşbəxt halıdır. Həyatın həzzini kitabdan yox, araqdan, kababdan duyurlar. Sən isə onlardan Tolstoyun “Dirilmə” romanını, Turgenevin “Rudin”ini oxumağı tələb edirsən. Adam qəddar olmaz.

Deyim ki, kitabsız adamlar kəndinə qayıdanda xoşbəxt olur. Bir zamanlar əyalət adamlarını Bakıya yığıb gətirən liderləri zorən prezident olmuşdu. O da nə şəhər, nə nəsr adamı idi. “Oturmayan ermənidir!” şüarı onun üçün daha müdrik səslənirdi, nəinki Dostoyevskinin sitatı. Arzuladığı xoşbəxtliyi də kəndinə qayıdanda tapdı. Yenə nəsrə deyil, şeirə könül verdi.

Leninin Saltıkov Şedrin haqda onlarla məqalə yazdığını deyirsən. Etmə, canım, gözüm! Məgər sən bilmirsən ki, Lenin bizimkilər üçün hər zaman daşdan heykəl olub. SSRİ vaxtı da Lenindən heç nə oxumamışdılar. SSRİ dağıldı. Leninin heykəlini parçalayıb, M.Ə.Rəsulzadəyə heykəl qoydular. Heykəli heykəl əvəzlədi. Kitabsız əyalət adamları yenə kitaba yaxın durmadı.

Bir neçə il öncə Müsavat partiyasının qərargahında tədbirdə idik. Adını çəkməyəcəyəm. Partiyanın məşhur funksioneri üzünü gənclərə tutaraq, dramatik görkəm alıb dedi: “Siz bilmirsiz, Rəsulzadə Fin körfəzini necə əzabla üzüb keçib. Qışın çovğununda qayıqda, əynində nazik palto, titrəyərək”.

Guya hisslərimizlə oynayıb Rəsulzadəni gənclərə sevdirəcəkdi. Bu bədbəxt, cib kitabı boyda “Stalinlə ixtilal xatirələri”ni oxusaydı, bilərdi ki, Rəsulzadə Fin körfəzini qışda yox, yayın cırhacırında, gizlilik üçün yağışlı havada keçib. Bir də Fin körfəzi qışda donur. Onu qayıqla keçmək olmazdı.

“O olmasın, bu olsun” filminə baxıb gülürük. Məşədi İbadın qonaqları şadlıq saraylarında yox, dəyirmi masaların ətrafında əyləşiblər. Gör, neçə ildir. Sən “Tarixi-Nadir”i yarıyadək oxumayan adamlardan yazıçıya diqqət, kitab yazmalarını tələb edirsən. Bu qədər avantürist olma.

Ağlını idealist sovet maarifçiliyi təsvirləri ilə pozma. SSRİ üçün hamının oxuyub kitab olması yox, “beş illik plan” hədəf idi. Səhər tezdən pambıq tarlalarına qovulan adamlar əlbəttə ki, kitabsız qalmalı idi. Zəhmətkeş cəmiyyət üçün bu normal idi. Faciə o zaman baş verdi ki, bu adamlar özünü siyasətdə tapdı.

Qədim Şumer mədəniyyətinin gil kitabələrindən bu yana kitab və mütaliə şəhər adamının lüksü olub. Kənd mühitində üç uşaqdan ikisi tarlada işləməlidir ki, üçüncü uşaq rahatca kitabını oxuya bilsin. Elə özünü götür. Bir ailədən neçə Seymur Baycan çıxara bilmisiz?

İsa Qəmbərin Anara olan rəğbətini, Anarın İsa Qəmbərin portretini yaratmasını siyasi mühitə bağlama. Bu iki şəhər adamının bağlılığıdır. Şəhərli yazıçı ilə şəhərli oxucunu birləşdirən bağ. Anar İsa Qəmbər nəslinin simasında öz şəhər oxucusunu yetişdirib. Onlara da yer verir.

Sən isə özün yetişdirmədiyin oxucudan hesab soruşursan. Kitabsız əyalət adamları arasında onun tək olduğunu bilə-bilə. Oxucu isə asan yetişmir. 10-15 il fasiləsiz yazmalısan ki, mütaliəyə meyl salan məktəbli o kitablarda böyüsün.

Bir zamanlar AYO-çular iddialı idilər. Təzə-təzə cücərən gənc oxucu Əli Əkbərə, Günel Mövluda inanırdı. Onlar isə qorxaq çıxdı. Gənc oxucunu ümidləri ilə birgə qoyub qaçdılar. İndi sən qorxaqların, iradəsizlərin təşkilatında ola-ola başqalarından mövqe tələb edirsən.

Bəxtin gətirib ki, iradların kitabsız əyalət adamlarınadır. Ya qarşındakı Lenin olsaydı? O, rəhm etməzdi. Amansız şəkildə qamçılayardı.

Unut kitabsız əyalət adamlarını. Nədəsə qınamaqla ömründən yeyirsən. Bünövrəsi kitabsız qoyulan adamı heç bir maarifçi fəaliyyətin dəyişdirə bilməyəcəyini qəti yəqin etmişəm. Onların oxuduğu kitabları olmadığı kimi, yazdığı kitabı da olmayacaq. Onlardan ildə bir dəfə qəbir üstündə deyilən nitqlər qalacaq

– See more at: http://1937.az/yeni/view/4098#sthash.HG1SX7Xk.dpuf

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mehriban Əliyeva doğum gününü qeyd edir

Next Post

İran İsrail təyyarəsini vurdu

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

İran İsrail təyyarəsini vurdu

Milyarderlər ittifaqı parçalanır?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.