Ölkəmizin gənc yazarı, jurnalist-politoloq Seymur Süleymanovun yeni “ERMƏNİ KİMDİR?” kitabı işıq üzü gördü. Kitabda gənc yazar Seymur Süleymanov ermənilər tərəfindən əsrlər boyu Türk millətinin başına gətirilən kütləvi qətliamlar, “erməni soyqırımı”, erməni kimliyi, çoxsaylı köçürmələr barəsində tarixi sənədlərdən araşdırmaları oxucuların diqqətinə çatdırır. Kitabda dünya erməni diasporu və fəaliyyəti haqqında geniş məlumatlar yer alır. Qeyd edək ki, “Erməni kimdir?” kitabını bütün kitab mağazalarından əldə edə bilərsiniz. Xatırladaq ki, bu günlərdə müəllif yeni çapdan çıxan “ERMƏNİ KİMDİR?” kitabının imza-satış tədbirini keçirəcək.
Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib
Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...




