"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şeyx niyə Şuşada Ocaqnejatı qabağa verdi? – Millət vəkili

13 İyul 2021 - 20:44
in MANŞET

Elchi.az Moderator.az-a istinadən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında verdiyi müsahibəni təqdim edir:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

– Qüdrət bəy, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya səfərdən imtina etmələrini necə qarşıladınız?

– Bu, gözlənilən idi. Həmsədrlər 30 il ərzində münaqişənin danışıqlar yolu ilə, qansız həlli üçün heç nə etmədilər. Bəziləri münaqişəni əbədi saxlamaq, digərləri Azərbaycanın əsəblərinin davam gətirməyib Qarabağı ermənilərə nə vaxt güzəştə gedəcəyi günü gözlədilər. Nəticədə səbrimiz tükəndi və əlverişli geosiyasi vəziyyətdən istifadə edib torpaqlarımızın əhəmiyyətli hissəsində suveren hüquqularımızı bərpa etdik. Amma bu, minlərlə gəncin həyatı bahasına və sağlamlığını itirməsi hesabına başa gəldi. Əzizlərini itirən insanlar həyatlarının son günlərinə qədər həmin itkinin ağırlığı altında yaşayıb, əzab çəkəcəklər. Buna görə vasitəçi həmsədrlər vicdan əzabı çəkmək əvəzinə bu cür təxribatçı davranışları ilə işğalçılara və separatçılara ümid verməklə münaqişənin davam etməsini hədəfləyir, tərəflərə təsir imkanlarını saxlamaq istəyirlər. Hər kəs başa düşür ki, Ermənistanda Paşinyan hakimiyyətə gəlməsə və erməni xalqı Rusiyaya arxa çevirib Qərbə meyillənməsəydi, işğal bu gün də davam edirdi. Xalqımız haqlı olaraq hiddətlənsə də, soyuq başla məsələlərə yanaşmalıyıq. Dünya bu üç ölkədən ibarət deyil. Şuşaya gedən 46 səfir bunu bir daha təsdiq etdi. Xüsusilə, onu da nəzərə almalıyq ki, hansı rəsmi açıqlamanı verəcəyindən asılı olmayaraq, Rusiya Ermənistanın KTMT üzrə hərbi-siyasi müttəfiqi kimi digər həmsədrlərdən fərqlənməmək üçün səfərdən imtina edib. Rusiya 44 günlük savaşda tərəf tutmayıb işğalçıları tapdalayıb it kimi torpaqlarımızdan qovmağımıza imkan verməklə kimin yanında olduğunu təsdiq edib. Əslində ermənilər bunu gözəl anlayır. Kimsə fikirləşirsə ki, bu bizim haqqımız idi, kimə haqqı çatanı verirlər ki?! Müasir dünyada beynəlxalq hüquq, ədalət deyilən bir şey varmı? Hansı dövlətin “marağı” nəyi tələb edirsə, onu da edir. Hər bir azərbaycanlı bu hadisədən sonra, iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq, bir daha düşünməlidir ki, əslində İlham Əliyevin liderliyi ilə Azərbaycan hansı möhtəşəm uğura imza atıb.

– Şuşaya səfər zamanı Şeyxin Xameneinin nümayəndəsi Ocaqnejatdan sonra dayanıb namaz qılması birmənalı qarşılanmadı.

– Qonağa hörmət bizim ən böyük üstünlüyümüzdür və adət-ənənəmizdən qaynaqlanır. Bir dəfə Şeyxlə Misirdə səfərdə idim. Misirin nüfuzlu din xadimlərinin və rəsmilərin iştirakı ilə görüş keçirilirdi. Görüş başlayarkən onlar qonaq kimi, hörmət əlaməti olaraq Şeyxdən xahiş etdilər ki, o, Qurandan ayələr oxusun və görüş başlasın. Əsas Xameneinin nümayəndəsinin Şuşaya səfəridir, qalan məsələlər təfərrüatdır. Şeyx nə etdiyini bilir və görünür, qonaqpərvərliklə yanaşı, həm də qonağın daha çox diqqət çəkməsini istəyib. Buna görə onu tənqid etmək yox, alqışlamaq lazımdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu – Video

Next Post

Prezidentdən qərar: Nazirlik hərəkətə keçdi

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Prezidentdən qərar: Nazirlik hərəkətə keçdi

Ermənistanda hərbçilər itkin düşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.