"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şeyx Özbəkistanda təhsil aldığı mədrəsəyə getdi

27 Noyabr 2023 - 15:07
in GÜNDƏM

Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarə rəhbərlərinin 4-cü görüşündə iştirak etmək məqsədilə Özbəkistanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə “Maturidinin elmi irsi və müasir dövr” mövzusunda üləmalar forumunda iştirak edib.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Bu barədə Elchi.az-a QMİ-nin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Türk dünyasının və İslam aləminin tanınmış din və elm xadimləri iştirak ediblər.

Daha sonra A.Paşazadənin rəhbərlik etdiyi QMİ nümayəndə heyəti “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Buxara şəhərinə səfər edib.

Konfransda iştirak edən nümayəndə heyətləri müqəddəs dinimizin mənəvi irsinin inkişafında müstəsna rol oynamış orta əsrin görkəmli İslam alimi və mütəfəkkiri Məhəmməd Bahaəddin Nəqşibəndinin məzarını və məscid kompleksini, ardınca “Mir Ərəb” mədrəsəsini ziyarət edib. Burada Qurani-Kərimdən ayələr tilavət edilib, birgə namaz qılınıb, türk dünyasının, bütün İslam aləminin tərəqqisi və əmin-amanlığı üçün dualar edilib. Təhsil ocağının məzunu olan Şeyxülislam xüsusi ehtiram və rəğbətlə qarşılanıb.

Qonaqlara “Mir Ərəb”in yaradılması və fəaliyyəti haqqında məlumat verən mədrəsənin rəhbəri buradan məzun olan görkəmli din xadimləri arasında QMİ sədri A.Paşazadənin adını xüsusi qeyd ediblər. Qonaqlara Şeyxülislam Paşazadənin təhsil aldığı sinif otaqları və yaşayış məkanı nümayiş etdirilib.

Nümayəndə heyətləri – Türk dövlətlərinin və İslam dünyasının dini liderləri və alimləri, eləcə də Özbəkistanın dövlət rəsmiləri, ictimai və elmi-dini xadimlər “Mir Ərəb” mədrəsəsinin 500 illiyinə həsr olunmuş “Buxaranın İslam sivilizasiyasında rolu” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Özbəkistan Prezidentinin müşaviri Müzəffər Kamilovun iştirakı ilə keçirilən tədbirdə Misirin baş müftisi Şövqi Əllam, Ümumdünya Müsəlman Üləmaları Birliyinin baş katibi Əli Əl-Qaradaği, Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri Müfti İsmayıl Berdiyev və başqaları iştirak ediblər.

Tədbirdə məruzə ilə çıxış edən QMİ sədri qədim elm, mədəniyyət, din mərkəzi Buxaranın hər bir müsəlmanın qəlbində özəl yerinin olduğunu, bu ulu diyarın ateizm dövründə müqəddəs dinimizin dəyərlərini qoruyub saxladığını xüsusi olaraq vurğulayıb.

Azərbaycan-Özbəkistan əlaqələrinə toxunan Şeyxülislam deyib: “Şükürlər olsun ki, Azərbaycan və Özbəkistan arasında dərin tarixə malik mədəni, mənəvi əlaqələr bu gün də uğurla davam edir. Özəlliklə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qardaşlıq münasibətləri ölkələrimiz və xalqlarımız arasında əlaqələrin, hərtərəfli əməkdaşlığın inkişafına dəstək olduğu kimi, ortaq milli-mənəvi dəyərlərimizin zənginləşməsinə də öz töhfələrini verməkdədir”.

O həmçinin qeyd edib ki, qədim İpək Yolunun üzərində yerləşən qardaş ölkələrimizin mədəni-mənəvi özülləri möhkəm təməllər üzərində təşəkkül tapıb. Görkəmli elm, irfan sahibləri, İmam Əl-Buxari, Şeyx Əl-Maturudi, Şeyx Nəqşibəndi kimi, Azərbaycanı dünya çapında tanıdan dahi ustadlar – Şeyx Nizami, Füzuli, Nəsimi, Xaqani kimi söz ustadları, Əcəmi Naxçıvani kimi memarlıq dahisi müsəlman Şərqinin, türk dünyasının ümumi sərvətidir. Şeyxülislamın özbək dilində etdiyi çıxış iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkür məktubu ünvanlayıblar.

Buxara səfəri çərçivəsində QMİ sədrinin Türkiyə Diyanət işləri başqanı Ali Erbaş, Misir, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, habelə RF Şimali Qafqaz regionunun müftiləri, həmçinin, İordaniya, Qətər və Rusiyanın müsəlman elmi-dini xadimləri ilə görüşlər keçirib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pakistan ordusu 8 yaraqlını məhv etdi

Next Post

Təbiətə 6 milyonluq ziyan vuruldu – Araşdırma

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
Nazirlik bu layihə üçün 250 min ayırdı

Təbiətə 6 milyonluq ziyan vuruldu - Araşdırma

Aİ-nin İsrailə reaksiyası: Bu, özünümüdafiə deyil

Aİ-nin İsrailə reaksiyası: Bu, özünümüdafiə deyil

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.