"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şeyx yenə İŞİD-dən danışdı

27 İyul 2014 - 23:44
in FLƏŞ

Bu mübarək Ramazanda Qəzzadakı qardaşlarımızın iftarı ölüm, imsakı qanlı göz yaşlarıdır. Trend xəbər verir Allahsukur pasazade 030714dfgdsfki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Beynəlxalq Qüds Günü ilə bağlı QMİ-də keçirilən konfransda deyib.
QMİ sədrinin sözlərinə görə, zəmanəmizin özəlliyi ondan ibarətdir ki, tarixi baxımdan çox nadir bir dönəmdə – iki minilliyin və iki əsrin ortalarında yaşayırıq. Lakin çox təəssüfedici haldır ki, XXI əsrin gəlişindən artıq 14 il keçməsinə baxmayaraq, insanlığın ən böyük bəlası sayılan müharibələrdən, qanlı savaşlardan, zülm və istismar niyyəti ilə edilən qardaş qırğınlarından hələ də qurtulmaq mümkün olmur: “Bu gün dünya xəritəsində qaynar nöqtələrin sayı sülh və rifah içində yaşayan dövlətlərin sayından qat-qat çoxdur. Xüsusilə, bizim də ənənəvi olaraq daxil olduğumuz İslam dünyasında baş verən son hadisələr hər birimizi son dərəcə narahat edir. Çünki Qarabağ müharibəsinin, Xocalı soyqırımının, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan bir xalq kimi biz azərbaycanlılar İraq türkmənlərinin qətliamına, Suriyadakı qardaş qırğınlarına, hər gün terrorçu İŞİD-in törətdiyi rəzalətlərə və hərbi cinayətlərə laqeyd yanaşa bilmirik”.
Qurani-Kərimin “Əraf” surəsindən sitat gətirən A.Paşazadə qeyd edib ki, Allahın hökmü budur: “Yer üzü (iman və ədalətlə) düzəldikdən sonra orada fəsad törətməyin”. Amma bu gün vəziyyət elədir ki, bir sıra dövlətlərin, o cümlədən Suriya, İraq, Fələstinin, həmçinin terrorun səngimədiyi Əfqanıstan, Pakistan, Liviya, Mali və digər müsəlman ölkələrinin müasir durumunu fəsad və faciələr tarixi adlandırmaq olar: “Hər gün yüzlərlə müsəlman qətlə yetirilir, uşaqlar yetim, analar ağlar qalır, qocalara, qadınlara rəhm edilmir. Müsəlman dünyasının nadir sənət inciləri, memarlıq abidələri, məscidlər, müqəddəs ziyarətgahlar, hətta xristian kilsələri, pravoslav və katolik məbədləri də bombalanır, yerlə-yeksan edilir. Ən qorxulusu isə odur ki, bu vəhşət içərisində yeni bir sosial fəlakət – bir-birinə nifrət edən, bir-birinin qanına susayan insanlar cəmiyyəti yaranır. Sözdə dünyanın qloballaşdığı, mədəniyyətlərin yaxınlaşdığı, elmin, tibbin, iqtisadiyyatın təkmilləşdiyi bir zamanda yaşayırıq. Amma reallıqda insanlar arasında milli, dini, irqi zəmində nifrət və qarşıdurma sayəsində bəşəriyyət sonu görünməyən bir uçuruma gedir və təəssüf ki, bu qətliamın dayandırılması hələ ki, mümkün deyil”.
QMİ-nin sədri həmçinin bildirib ki, bu gün qeyd edilən Qüds Gününün hər il mübarək Ramazanın son cüməsində keçirilməsi təşəbbüsü İslam dünyasının görkəmli ali dini lideri, ayətullah Xomeyniyə aiddir: “Bildiyiniz kimi, əzəmət sahibi peyğəmbərlərin vətəni Qüdsdə müsəlmanların ilk qibləsi sayılan Beytül-Müqəddəs məscidindən Xatəmül-Ənbiya Peyğəmbərimiz (s) Meraca qalxıb və ilahi mükaliməyə vaqif olub. Qurani-Kərimdə Rəsulullahın mübarək bir gecədə Allahın qüdrəti ilə Məkkədəki Məscidül-Həramdan ətrafını mübarək etdiyi Məscidül-Əqsaya aparılması barədə Qüdsü ehtiva edən məşhur ayə də var. Lakin o Qüds bu gün Qəzza üçün qan ağlayır. Bu mübarək Ramazanda Qəzzadakı qardaşlarımızın iftarı ölüm, imsakı qanlı göz yaşlarıdır. Qəzzadakı uşaqların hədiyyəsi oyuncaq deyil, avtomat güllələri və başlarına yağan fosforlu bombalardır. Bu gün Qəzzada İsrail hərbi qüvvələri, sionistlər və onların tərəfdarları tərəfindən törədilən qətllər nəinki müsəlmanları, ürəyində Allah rəhmi olan hər bir insanı, dilindən, irqindən, dinindən asılı olmayaraq, hər bir bəşər övladını dəhşətə gətirir”.
A.Paşazadə deyib ki, QMİ İslam dünyasında baş verən savaşlar, qardaş qırğınları və təxribatlarla əlaqədar bu yaxınlarda xüsusi bəyanat verib və müqəddəs Ramazan ayı ərzində savaşlara son qoyulmasına çağırış edib. O, tədbirdə müsəlman ölkələri səfirlərinin iştirakına görə təşəkkür edib və Qəzza ilə əlaqədar qəbul ediləcək bəyanatın dünya ictimaiyyətinə, bütün dövlətlərə və cəmiyyətlərə ünvanlanmasını istədiyini açıqlayıb: “Məqsədimiz budur ki, dünyanın iqtidar gücündə olan dövlətləri, sülh yaratmağa səy göstərən beynəlxalq təşkilatları və bütün insanlar dərk etsinlər ki, Allahın bizim üçün yaratdığı bu dünyanı, sülh və əmin-amanlıq üçün bizə əmanət etdiyi bu cahanı hikmət və barışla xilas etməyin zamanı gəlib. Necə ki, Qurani-Şərifdə “Nəhl” surəsində buyurulur: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et”. Biz əminik ki, Rəbbimizin hidayət yolundan azaraq günahsız insanların qanını axıdanlar, terrora və qətliama haqq qazandıranlar, gec, ya tez, mütləq Uca Yaradanımızın və cəmiyyətin qarşısında cavab verəcəklər, inşallah!”

Konfransda İslam ölkələrinin Azərbaycandakı səfirləri, ölkədəki müxtəlif dini icmaların liderləri və başqaları iştirak ediblər.

AzNews.az 

Bunu da oxuyun

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yanğın xəbəri təsdiqlənmədi

Next Post

2018-ci il futbol mundialının Rusiyada keçirilməməsinə çağırışlar artır

Bənzər yazılar

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

Sidney keşişi Mar Mari Emmanuel canlı xütbə zamanı dəfələrlə bıçaqlanıb

15 Aprel 2024 - 15:53

Dünya şöhrətli Sidney keşişi Mar Mari Emmanuel canlı moizə zamanı bıçaqla hücuma məruz qalıb. Elchi.az xəbər verir ki, dünya şöhrətli Sidney...

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

Rusiyada sürət qatarı avtobusla toqquşub, 8 nəfər ölüb

01 Aprel 2024 - 17:16

Rusiyada sürət qatarı sərnişin avtobusu ilə toqquşub. Elchi.az xəbər verir ki, hadisə Yaroslavl vilayətində baş verib. Yaroslavl vilayətinin Berendeyevo şəhərində...

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

Paşinyan əraziləri qaytarmasa… – Ermənilər nədən qorxur?

15 Mart 2024 - 10:00

Ermənistanda Bakıda həbsdə olan separatçıların AzTV-də yayımlanacaq müsahibələri ilə bağlı müzakirələr davam edir. Martın 28-də efirə gedəcək sənədli filmdə Araik...

Next Post

2018-ci il futbol mundialının Rusiyada keçirilməməsinə çağırışlar artır

Bütün orqanları kəlləmayallaq yerləşən dahi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.