Şeyxdən xəbərdarlıq: “Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər”

Bunu da oxuyun

Şeyxdən xəbərdarlıq:  "Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər"

Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər.

Elchi.az Trendə istinadən xəbər verir ki, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər: “İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb”.

QMi sədri bildirib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: “Bu yaxınlarda Azərbaycan Prezidentinin sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərildi. Ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir”.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728