"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şeyxin ərəb turistlərin Bakıya gəlişindən narahatlığının pərdəarxası

29 Sentyabr 2016 - 09:12
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Şeyxin ərəb turistlərin Bakıya gəlişindən narahatlığının pərdəarxası

Allahşükür Paşazadə “ onların gətirdikləri sərmayə lazım deyil” söyləyir; politoloq isə “təhlükə yoxdur, turizmin inkişafından narahat olmağa dəyməz”, deyir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Azərbaycana axın edən turistlər barədə verdiyi açıqlama müzakirələrə səbəb olub. “Report”un verdiyi məlumata görə, Şeyx bildirib ki, Azərbaycana turist kimi gələn, amma dini məsələlərə qarışan qonaqlar diqqətdə saxlanmalıdır.
Onun sözlərinə görə, gələn qonaq sakitcə məsciddə namaz qılıb gedərsə, bu, problem deyil: “Amma elə qonaqlar olur ki, dini işlərə qarışır. Təriqət məsələlərini qabartmaq və qarışıqlıq salmaq istəyirlər. Buna yol vermək olmaz. Onlar Azərbaycanda qarışıqlıq salmaqla fəlakətə səbəb olacaqlarsa, gətirdikləri sərmayə lazım deyil”.
QMİ rəhbərinin ölkəmizdə olan turistlərdən narahatlığı maraq doğurmaya bilməz. Onun fikirlərinin ətrafında mövqelər müxtəlifdir. Bir qisim hesab edir ki, şeyxdə Azərbaycanda olan ərəb turistlərinin dini proseslərə müdaxilə edə biləcəkləri barədə xəbərlər var və QMİ rəhbəri bundan çıxış edərək, narahatlığını dilə gətirir. Digər bir qisim isə düşünür ki, ölkəmizə gələn turistlərin əsasən sünni məzhəbinə aid olması, bəzilərinin isə radikal dini cərəyanlara mənsub olduğu üçün şeyx əsasən şiə ölkəsi olaraq Azərbaycanda bunun ciddi fəsadlar törədə biləcəyini zənn edir.
Image result for Qabil hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, turistlərin Azərbaycanda qarışıqlıq yaratmaq, bu istiqamətdə iş görmələri barədə dəqiq məlumat yoxdur: “Azərbaycana artıq ərəb turistlərinin  axını başlayıb. Azərbaycan turizmdən ciddi gəlir götürmə mərhələsinə qədəm qoyub. Xalqımız da turizmə yavaş-yavaş alışmağa başlayıb. Məsələn, ərəb turistləri ilk dəfə ölkəmizə gələndə onların  yüksək tonla danışmaları bizdə qıcıq oyadırdı. Amma qalan hərəkətləri normal idi. Onların gəlişlərinin Azərbaycanı görmək, burada istirahət etmək arzusundan irəli gəldiyini görmək mümkündür. Ola bilər ki, xarici xüsusi xidmət orqanları, yaxud başqa pozucu qüvvələr bunların beynini doldurub, nəsə pozucu işlər görməyə təhrik etsinlər. Amma Azərbaycanda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının fəaliyyəti kifayət qədər güclüdür. Əslində turist dəstələri xüsusi müşahidə altında bəlli yerlərə gedirlər, bəlli yerlərdə qalırlar, ölkəmizin görməli yerlərini bu şəkildə gəzirlər. Onların insanlarla təmasları da olur. Xüsusən Bakı şəhərində gəzərkən onları sərbəst buraxırlar. Amma turistlər və bizimkilər bir-birilərinin dillərini bilmirlər.
Image result for Ərəb Turistlər
Yəni qarşılıqlı təmas qurmaq o qədər də asan deyil. Bəli, biz ehtiyatlı olmalı, dövlətçiliyimizi qorumalıyıq. Dini zəmində müxtəlif qarşıdurma yaradanlara qarşı barışmaz olmalıyıq. Amma bunlara görə turist axınının qarşısını almaq, turizmi dayandırmaq düzgün olmazdı. Sadəcə olaraq, bu işdə məsuliyyət daşıyan dövlət orqanları ayıq-sayıq olmalıdırlar. İmkan verilməməlidir ki, onlar dini baxışlarını ölkəmizdə olan dini baxışlara qarşı qoysunlar. Ondan bir təbliğat vasitəsi kimi istifadə edərək, bir növ qarışıqlıq yaratsınlar.
Belə hallar hələ ki bu il baş vermədi. Gələcəkdə də baş verməməsi üçün Azərbaycanın hakimiyyət orqanlarından çox şey asılıdır. Azərbaycana gələn turistlərin çoxu sünni ərəblər idilər. Səudiyyə Ərəbistanının təəssübkeşi olanlar daha çox idilər. Görünür, bizim şiə mənsubiyyətimiz və onların sünni mənsubiyyətə daxil olmalarının problem yarada biləcəyini düşünən şeyx bu səbəbdən əndişələnir. Zənnimcə, əndişələnmək üçün hələ ki yetərincə faktlar yoxdur. Turizmin inkişafından hələlik narahat olmağa dəyməz”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Millət vəkili seçicisi üçün elçi gedəcək:”Oğlan dedi ki, qızın atası tərs adamdı, bəlkə sizi görüb inadından vaz keçər”

Next Post

Yeni islahatlar anonsu – 3 istiqamət açıqlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Yeni islahatlar anonsu - 3 istiqamət açıqlandı

Marsda həyat: biletin qiyməti açıqlandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.