"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şeyxülislamın sözləri yanlış dəyərləndirilir…”-

02 Avqust 2021 - 21:22
in MANŞET, SEÇMƏ

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Qurban bayramı günü Təzəpir məscidində dindarlar qarşısında çıxışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğana, qardaş Türkiyəyə və qonşu İrana, onun dini rəhbərinə təşəkkür etməsi ətrafında qaldırılan kampaniya Türkiyədə də təəssüflə qarşılanıb.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Qeyd edək ki, sosial şəbəkədə QMİ sədrinin çıxışını təhrif etməklə guya Türkiyənin adının çəkmədiyini, dolayısı ilə qardaş ölkənin əleyhinə mövqe nümayiş etdirdiyi barədə əsassız ittihamlar yer aldı.

Elchi.az bildirir ki, Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım açıqlamasında QMİ sədrinə qarşı aparılan bu kampaniyaya etirazını bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Türkiyənin həmrəyliyi və 3 min şəhid verərək 30 ildir işğal altında olan torpaqlarını azad etdi. 15 iyunda Türkiyə və Azərbaycan prezidentləri tərəfindən imzalanan Bəyannamə ilə Türkiyə – Azərbaycanın sarsılmaz dostluğu və qardaşlığı bir daha təsdiq olundu.

“Son zamanlar Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Təzəpir məscidində verdiyi açıqlamanın yanlış dəyərləndirildiyini görürəm.  Bu dəyərləndirmələri Türkiyə və Azərbaycan qardaşlığına qarşı edilən bir dəyərləndirmə kimi qəbul edirəm”- deyə millət vəkili vurğulayıb.

Ş.Ayrımın sözlərinə görə, QMİ sədrini 25 ildir tanıyırlar: “Şeyxülislam Allahşükür Paşazadə tutduğu məqam baxımından həmişə dediklərinə diqqət edən, fərqində olan bir şəxsiyyətdir. Şeyx bir dini öndərdir. Türk dünyasında çəkisi olan, islam coğrafiyasında sevilən bir şəxsdir. Şeyxülislamın verdiyi açıqlama tam olaraq Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin sözləri ilə üst-üstə düşür”.

Millət vəkili qeyd edib ki, İran Azərbaycanın qonşusudur: “İranın gec də olsa Azərbaycana dəstək verməsi başda Türkiyə olmaqla türk dünyasını və Azərbaycanı sevindirib. Qafqazlarda dostluğun, qardaşlığın, rifahın və sabitliyin qalıcı olması, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr Bəyanatı baxımından önəmlidir”.

Ş.Ayrım bildirib ki, Allahşükür Paşazadənin prezident Ərdoğana olan səmimi duyğularını yaxından bilənlərdəndir: “Yanğınla mübarizə apardığımız bu günlərdə Azərbaycan Türkiyə əlaqələrini pozmağa heç kimin gücü çatmayacaq. Bunu unutmamalıyıq: Güclü Azərbaycan güclü Türkiyə, güclü Türkiyə güclü Azərbaycan deməkdir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Uşaqlar, məni güllələyin!..

Next Post

“Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi qeyd-şərtsiz prioritetidir” – Zaxarova

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi qeyd-şərtsiz prioritetidir" - Zaxarova

Qarabağı onlar alovlandırıb, sənədlər var – Qusman

Qarabağı onlar alovlandırıb, sənədlər var - Qusman

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.