Çin Xalq Respublikasının sədri Si Cinpinin döyüş hazırlığını artırmaq çağırışı ənənəvidir və silahlı niyyətlərdən xəbər vermir. Elchi.az xəbər verir ki, bunu Milli Tədqiqat Universiteti Ali Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşin Lenta.ru-ya müsahibəsində açıqlayıb.
Bundan əvvəl Si Cinpin Çin Xalq Azadlıq Ordusuna müraciətində bildirib ki, ordu öz döyüş qabiliyyətini və döyüş hazırlığını artırmalıdır. Çin liderinin bəyanatı Tayvanla münasibətlərin pisləşməsinin davam etməsi fonunda səslənib.
Politoloq qeyd edib ki, Si Cinpin Mərkəzi Hərbi Şuranın sədri kimi mütəmadi olaraq hərbi inkişaf məsələlərinə dair çıxışlar edir və hərbi hissələrə baş çəkir.
Qeyd edək ki, bundan əvvəl Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan məsələləri üzrə ofisinin sözçüsü Çen Binhua ABŞ-ın Tayvana hərbi yardımının Çinlə birləşməyə mane olmayacağını bildirib.
Havar Şəfiyeva






