Çin Rusiyanın milli suverenliyini müdafiə etmək istəyini tam dəstəklədi.
Elchi.az xəbər verir ki, Çin Prezidenti Si Cinpin Pekində keçirilən “Bir kəmər, bir yol” forumundan sonra Rusiya prezidenti Vladimir Putinlə uzunmüddətli söhbətini şərh edərkən, Çinin Rusiya Federasiyasının öz milli suverenliyini müdafiə etmək istəyini tam dəstəklədiyini və onun atdığı addımlara hörmətlə yanaşdığını bildirib.
“Çin Rusiyanın milli gəncləşmə yolunu tutmaqda və milli suverenlik, təhlükəsizlik və maraqları qorumaqda dəstəkləyir”, – Prezident Si deyib.
Çin lideri həmçinin bildirib ki, iki ölkə (Çin və Rusiya) arasında tərəfdaşlığın genişləndirilməsi strateji və uzunmüddətli qərardır və Pekin həqiqətən də Rusiya ilə Çin arasında Monqolustandan keçən qaz kəmərinin ən qısa zamanda tikiləcəyinə ümid edir.
Şayəstə Hüseynova






