Avstraliyanın Sidney şəhərində yerləşən “Lindt” kafesində 6 girov terrorçunun əlindən qurtula bilib.
Bu barədə azvision.az “Sky News”-a istinadən xəbər verir.
Ümumilikdə kafedə hələ də 30 yaxın şəxsin girov saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Avstraliyanın Sidney şəhərində naməlum silahlı şəxslər “Lindt” kafesində onlarla insanı girov götürüblər. Silahlı şəxslər Avstraliyanın baş naziri Tonni Ebbotla danışmaq istəyirlər, əks halda onlar kafeni partladacaqlarını açıqlayıblar.
“Lindt” kafesini ələ keçirən şəxslər orada üzərində ərəb dilində yazılar olan bayraq asıblar.
Artıq ölkə baş naziri Milli Təhlükəsizlik Komitəsinin iclasını da çağırıb.
* * *10:22
Dekabrın 15-də Avstraliyanın Sidney şəhərində fövqəladə vəziyyət yaranıb.
“Media forum” saytı xəbər verir ki, silahlı şəxs səhər saat 10-da şəhərin mərkəzindəki “Lindt” kafe-mağazasını ələ keçirərək 40 nəfərə qədər işçini və müştərini girov götürüb. O, girovları kafe-mağazanın pəncərəsinə üstündə ərəbcə yazı olan bayraq asmağa məcbur edib.
Saat 9-da (Sidney vaxtı ilə saat 16-da) yayılan məlumata görə, azı 3 nəfər yanğın təhlükəsizliyi çıxışından qaçaraq girovluqdan qurtulub. Terrorçunun özünü partlatmaq ehtimalı olduğundan yaxınlıqdakı Sidney Opera Teatrının binası boşaldılıb. Sidneydəki ABŞ konsulluğu da evakuasiya olunub. Şəhərin üzərində bütün uçuşlar dayandırılıb.
Terrorçunun hansı tələblər qoyduğu dəqiq bilinmir.





