
Texnologiya nəhənglərindən “Siemens” şirkəti dünya üzrə 13 min 100 adamı işdən çıxaracağını vurğulayıb. Məşhur alman şirkəti firmanın yenidən qurulma və ticarətinin də zəifləməsi səbəbindən böyük ixtisarlara gedəcəyini açıqlayıb.
Almaniyada ixtisarların 5 mindən çox adamı əhatə edəcək. “Siemens”in idarə heyətinin rəhbəri Joe Kaeser qeyd edib ki, bununla 1 milyon avro qənaət hədəflənir.
“Siemens”in dünyada 342 min işçisi var. Bunlardan 114 mini Almaniyadadır. Bir müddət əvvəl firma tərəfindən verilən açıqlamada 7 min 800 işçinin işinə son veriləcəyi açıqlanmışdı. Sonradan bu rəqəm artırılıb.
Musavat.com



