Finlandiyadan sığınacaq istəyənlər ölkəyə qeyri-qanuni yollarla velosipedlə daxil olublar ki, onların da əksəriyyəti uşaq velosipedləri olub. Elchi.az xəbər verir ki, bu barədə Finlandiyanın “Vartius” sərhəd zastavasının komandiri Couko Kinnunen bildirib, onun sözlərini “Yle” telekanalı sitat gətirib.
Sərhədçinin sözlərinə görə, miqrantların belə nəqliyyat vasitəsini seçməsi onun rusiyalı həmkarlarının sərhədi piyada keçə bilməyəcəkləri ilə bağlı köhnə qaydaya əməl etmələri ilə bağlıdır. Kinnunen əlavə edib ki, miqrantlar gələrkən velosipedlərini ya sərhəddə, ya da Finlandiya tərəfində qalaqla atırlar.
Havar Şəfiyeva






