"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Sığorta-pensiya ilə bağlı yeni strategiya hazırlanır` – Nazir

10 Fevral 2017 - 18:55
in XƏBƏR LENTİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının direktoru Yevgeni Ametov və direktor müavini Yelena Seleverstova ilə görüş olub.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda iqtisadi inkişaf proseslərinin ilk növbədə sosial ədalət prinsipinin təminatına xidmət edən güclü sosial siyasətlə tamamlandığını diqqətə çatdırıb.

Nazir Azərbaycan prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan nailiyyətlərin əhalinin sosial müdafiəsi istiqamətində də mühüm irəliləyişlərlə müşahidə olunduğunu vurğulayıb. S.Müslümov bildirib ki, son 12 ildə iqtisadiyyatın 3 dəfədən çox, o cümlədən qeyri-neft sənayesinin 2,6 dəfə artdığı ölkədə sosial təminat sisteminin də dəfələrlə gücləndirilməsi şəraitində bu sistemin mühüm komponenti olan pensiyalarda da 10,5 dəfə artım qeydə alınıb: “Dünya Bankının ekspertlər qrupunun qiymətləndirmələri nəticəsində Azərbaycanda sosial müdafiə sisteminin yaxşı struktura və yeni çağırışlara cavab vermək potensialına malik olduğu vurğulanaraq, ölkədə pensiya təminatı yoxsulluğun azaldılmasında ən səmərəli vasitə kimi dəyrələndirilib”.

S.Müslümov ölkəmizin əmək və sosial müdafiə sahələrində yaradılmış avtomatlaşdırılmış sistemlər, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyatı sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi, avtomatlaşdırılmış pensiya təminatı sistemi barədə məlumat verib. Nazir bu sistemlərin müvafiq sahələr üzrə əhaliyə xidmətlərin elektron müstəvidə tam şəffaf şəkildə təşkilinə imkan verdiyini qeyd edərək bildirib ki, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara cavab verən, elektron texnologiyalar üzərində qurulmuş müasir sığorta-pensiya sistemi fəaliyyət göstərir: “Sistem pensiyaların məbləğinin hər kəsin ödəmiş olduğu sığorta haqlarına, sistemə verdiyi paya uyğun müəyyənləşdirilməsi prinsipinə əsaslanır ki, bu da dünyada ən ədalətli bir istiqamət kimi qəbul olunur. Həmçinin Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Hazırda ölkəmizin sığorta-pensiya sistemi beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Əldə olunan uğurların davamı kimi, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) ötən ilin aprelində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycan Respublikanın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin “Çağrı Mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” xidməti BSTA-nın Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb”.

Nazir sığorta-pensiya sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə islahatların davam etdirilməsi üçün yeni strategiyanın da hazırlandığını diqqətə çatdırıb. S.Müslümov digər mötəbər beynəlxalq təşkilatlar kimi, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə də əməkdaşlığın genişləndirlməsinə xüsusi önəm verildiyini vurğulayıb.

Y.Ametov və Y.Seleverstova Azərbaycanda sosial müdafiə sisteminin dünyanın qabaqcıl təcrübəsi əsasında inkişaf etdirilməsi üçün aparılan islahatları maraqla izlədiklərini və əldə olunan müsbət nəticələri məmnunluqla qarşıladıqlarını bildiriblər. Onlar ölkəmizin Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə ötən dövrdə həyata keçirdiyi əməkdaşlığın təqdirəlayiq səviyyədə olduğunu vurğulayıblar. Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsrail səfirliyinin əməkdaşları Lapşinlə görüşüb

Next Post

Xıdır Nəbi bayramınız mübarək!

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Xıdır Nəbi bayramınız mübarək!

“AVANTÜRİST LAYİHƏLƏRƏ MİLYARDLAR XƏRCLƏYİB, XALQIN PULUNU TALADILAR” – Deputat

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.