"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şikayətlər, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik… – Alışanovu bitirən səbəblər

16 Yanvar 2019 - 14:18
in aktual-banner, Banner, BannerVeteninfo, CƏMİYYƏT, MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Xəbər verdiyimiz kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov vəzifəsindən azad olunub.
Ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: “Arif Nizam oğlu Alışanov ”Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, Arif Alışanov 1977-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işə başlayıb. Ordu sıralarında hərbi xidmət keçdikdən sonra yenidən AzTV-də əmək fəaliyyətini davam etdirib.
1981-ci ildən şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, 1997-ci ildən Texniki-İstehsalat Birliyinin direktoru vəzifələrində çalışıb. 17 may 2001-ci ildən həmin birliyin direktoru vəzifəsi saxlanılmaqla Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini işləyib.
28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub.
Arif Alışanov 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləridə 45 saylı Abşeron seçki dairəsindən Milli Məclisə deputat seçilib. 2010-cu ildə deputat səlahiyyətləri başa çatıb.
AzTV sədri vəzifəsinin icrası tanınmış jurnalist Rövşən Məmmədliyə tapşırılıb. Rövşən Məmmədov AzTV-yə 2015-ci ildə gəlib. Bu təyinatadək  AzTV-də “Günün nəbzi” verilişinin aparıcısı idi. O, daha əvvəllər “Lider” TV-də çalışıb. R.Məmmədov hazırda AzTV-də çalışmaqla yanaşı, Bakı Avrasiya Universitetində də dərs deyir.
AzTV sədri və onun yaxın adamlarının idarəçiliyi haqda çoxsaylı şikayətlər vardı. İşçilərə az maaş verilməsi, hərc-mərclik, işçilər arasında ayrı-seçkilik haqda çoxlu iddialar vardı. 
Qeyd edək ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində  Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun məhkəmə prosesi olub. Hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Arif Alışanovla bağlı xeyli ilginc faktlar ortaya çıxmışdı.  Məsələn, məlum olmuşdu ki, ölkənin büdcədən maliyyələşən əsas telekanalının rəhbəri Şamaxı rayonunda təxminən 6 milyon manatlıq torpaq alveri edibmiş. Bundan başqa, onun Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var imiş. O da məlum olmuşdu ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Tərəflərin vəkillərinin  vəsatətlərinə baxmayaraq, A.Alışanovun məhkəməyə gəlmədi. Prosesdə yalnız  onun ifadəsi elan edildi. O bildirib ki, 2012-ci ildə qardaşı, yeznəsi və qayınları ilə birgə Şamaxıda vətəndaşların pay torpağını pulla alınmasını Ş.Əkbərovdan xahiş edib. AzTV sədrinin sözlərinə görə, Ş.Əkbərov və digərləri 2016-cı ildə Şamaxı rayonu ərazisində onu, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürməyə cəhd edib. A.Alışanov deyib ki, Ş.Əkbərov onun və qohumlarının, ümumilikdə, 4 milyon 677 min manat pulunu mənimsəyib.
Sui-qəsddə təqsirləndirilən Ş. Əkbərov isə son sözündə günahsız olduğunu və məhkəmədən barəsində ədalətli qərar çıxarmasını istəmişdi. Hökmə əsasən, Ş. Əkbərov 18 il, Z. Şirinov 16 il, Q. Cəbiyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: musavat.com
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ötən il Azərbaycanın ixracı 18 milyard dollardan çox olub

Next Post

“Azərbaycanda siqaretin qiyməti artırılmalıdır” – Ümumdünya Səhiyyə Təşkilatı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
“Azərbaycanda siqaretin qiyməti artırılmalıdır” – Ümumdünya Səhiyyə Təşkilatı

“Azərbaycanda siqaretin qiyməti artırılmalıdır” – Ümumdünya Səhiyyə Təşkilatı

Nazirlik hava ilə bağlı şirkətlərə xəbərdarlıq etdi

Nazirlik hava ilə bağlı şirkətlərə xəbərdarlıq etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.