Ukraynanın Pervomaysk rayonunda antiterror əməliyyatı çərçivəsində hökumət qüvvələri ilə Rusiyanın hərtərəfli dəstək verdiyi terrorçu qruplar arasında döyüş əməliyyatları başlayıb.Musavat.com-un Unian.net saytına istinadən verdiyi xəbərə görə, bu barədə antiteror əməliyatları qərargahının mətbuat katibi Leonid Matyuxin bu gün Kiyevdə keçirdiyi brifinqdə bildirib.
Matyuxin deyib: “Pervomayskda Ukraynanın düşmənləri ilə onun müdafiəçiləri arasında toqquşma baş verib”.
Matyuxin əlavə edib ki, Donbasda sülhün bərpası üçün hərtərəfli işlər görülür, ukraynalı hərbçilər öz mövqelərini inamla qoruyur, mülki əhalinin təhlükəsizliyini təmin edirlər: “Onlar hər gün yaşayış məntəqələrinə humanitar yardım çatdırmaqda davam edirlər”.
Bildirlir ki, silahlı separatçılar gecə ərzində Ukrayna hərbçilərinin mövqeyini 8 dəfə atəşə tutublar.



