Braziliya prezidenti Luiz İnasio da Silva “Prezidentlə söhbət” televiziya proqramında deyib ki, HƏMAS-ın hücumu Fələstinli mülki əhalinin İsrail tərəfindən öldürülməsinə haqq qazandırmır.
Elchi.az bu barədə TASS.ru-ya istinadən xəbər verir.
“Həmas İsrailə qarşı terror aktı törətdiyinə görə İsrail milyonlarla günahsız insanı öldürməməlidir. BMT-nin gücü olsaydı, münaqişəyə daha fəal müdaxilə edə bilərdi, ABŞ da daha çox şey edə bilərdi.
Ancaq insanlar bunu istəmirlər. İnsanlar müharibə istəyir, insanlar nifrəti təşviq etmək istəyir, insanlar nifrəti qızışdırmaq istəyir”.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi Əl-Əqsa tufanı əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Eyni zamanda, İsrail ordusunun birinci müdafiə xəttini asanlıqla keçərək, girov götürən və ciddi ziyan vuran HƏMAS döyüşçülərindən ibarət mütəşəkkil dəstələr İsrail ərazisinə soxulmağa başlayıb. İsrail daha sonra Qəzza zolağına hücum edərək, bütün su, qida, elektrik, dərman və yanacaq tədarükünü kəsərək Dəmir Qılınclar əməliyyatına başladı.
Yeganə






