"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şimal bölgəsinin münbit torpaqları Bakı milyonçularının bağına daşınır

20 İyul 2014 - 15:17
in GÜNDƏM

“Baxın… Bura əkin sahəsi olub. Torpaqları tamamilə daşınıb. Gecə ilə torpağı maşınlara yükləyib aparırlar. Səhər oyanıb görürsən ki, sahədə torpaq qalmayıb”.

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Azərbaycanın şimal bölgəsindəki torpaqlar paytaxta daşınır. Bu iddiada bulunan Şimal bölgəsi üzrə Təbiəti Mühafizə Cəmiyyətinin sədri Nizami Şəfiyevdir. “Azadlıq” radiosunun müxbiri N.Şəfiyevlə Xaçmazın Çılğır kəndində görüşüb.

N.Şəfiyev torpağı daşınmış əraziləri göstərib. Deyib ki, bu ərazilərdəki kənd təsərrüfatına yararlı torpaqlar paytaxta daşınanaq iri bağ sahələri olanlara satılır: “Görürsünüzmü? Təkcə buralar deyil. Belə bir yer Şabranın Ağalıq kəndində də var – keçmiş “Konstitusiya” sovxozunun ərazisində… Kənddən Quba istiqamətinə gedəndə yolun şimal hissəsində 4 hektar sahənin əkin üçün yararlı bir metr qalınlığında torpağı Bakıya daşıyıblar”.

Ekoloq Nizami Şəfiyev

Ekoloq iddia edir ki, bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələrinin gözü qarşısında baş verir.

N.Şəfiyev belə hallardan şikayət edir, nazirlik isə “fakt təsdiqini tapmadı” deyib işi bağlayır:

-Bir də görürsən, bir gecədə 50-100 maşın girir sahəyə, 3 ekskavator da gəlir, qazırlar yükləyirlər maşınlara, aparırlar. Elə vaxt olur ki, bir gecədə 2-3 saat ərzində 2-3 hektar ərazinin torpağını yükləyirlər. Bu işlə balaca adamlar məşğul olmur, əlbəttə ki, imkanlılar, əli hər yerə çatanlar edirlər bunu… Hər şey ekologiya şöbəsinin gözü qarşısında baş verir”.

-Bu torpaqları niyə daşıyırlar? 

-Buradan ucuz alıb aparıb Bakıdakı iri bağların sahiblərinə satırlar. Ancaq bir şeyi anlamırlar ki, Xaçmazın, Dəvəçinin iqlimi ilə Bakının iqlimi uyğun gəlmir. Buradan aparılan torpaqlar getdikcə təsirini itirir, bir neçə ildən sonra istifadəyə yaramır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyir ki, belə hallar şimal bölgəsində yox, daha çox cənib bölgəsində qeydə alınır: “Onda da icra hakimiyyətinə xəbərdarlıq olunur. Bundan başqa, biz yoldakı yük daşınmalara nəzarət etmirik. Kiminsə maşınını saxlayıb apardığı yüklə maraqlanmaq kimi səlahiyyətimiz yoxdur”.

Nazirlik sözçüsü ekoloqla razılaşmır: “Nizami müəllim deyir, belə işlər ekologiya şöbələrinin gözü qarşısında baş verir. Qətiyyən belə deyil. Rayonlardakı yerli ekologiya şöbələri belə hallara qarşı tədbirlər görür. Ancaq çox vaxt torpağı elə adamlar özləri satırlar. Əsasən də dağlıq ərazilərdə yaşayanlar… Kimsə öz torpağının üst qatını satırsa, nazirlik ona nə deyə bilər axı?..”

Elə Çılğır kənd sakini Azad Hüseynov özü bu yaxınlarda pay torpağının üst qatının daşındığını deyir. Ancaq öz razılığı ilə: “İmkansızlqıdan satdıq. Pay torpaqlarıdır, verilib, onsuz da istifadə edə bilmirik, Bakıdan gəlirlər, istəyirlər, məcbur olub satırıq. Su yox, gübrə yox, texnika yox… O torpaqdan nə dolanışıq gəlir, nə ruzi…”

Çılğır sakini Azad Hüseynov

Onun həmkəndlisi Səttar Babayev isə ötən yay pay torpağının üst qatını satmaqla bütün qışı evinin istiliyini təmin edib: “Puluna odun aldım, bütün qışı evimi isitdim. Başqa bir neçə problemim vardı, həll etdim”.

Ekoloq Nizami Şəfiyev torpaqların üst qatının daşınmasının zərərlərindən danışır: “Bu torpaqlar kənd təsərrüfatı üçün olduqca yararlıdır. Daşınıb aparılır və şimal bölgəsində yararlı torpaqlar sürətlə azalır. Yaxın gələcəkdə bu bölgədə bir qarış da yararlı torpaq qalmayaq. Başqa tərəfdən, daşınan torpaqların yerində xəndəklər yaranır. Təsəvvür edin ki, hektarlarla ərazi xəndəklərə çevrilir. Bu xəndəklərə sular yığılır və bataqlıqlar əmələ gəlir. Bataqlıq artdıqca müxtəlib həşəratlar da artır. Bu hal hətta xəstəliklərin yaranmasına da səbəb ola bilər”.

Bax, bu xəndəklərin sayı artdıqca bir gün təbiət hamını cəzalandıracaq: torpağı satanı da, alanı da, buna göz yumanı da… Ekoloq belə düşünür…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Qərb Bakı üçün Moskvaya qarşı proqram hazırlayır

Next Post

Ukraynadakı terrorçular beş il qabaq hazırlıq görülüb – Fotofakt

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Ukraynadakı terrorçular beş il qabaq hazırlıq görülüb - Fotofakt

Zığ qəsəbəsində qadınları qorxudan manyak peyda olub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.