Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Amerika kəşfiyyat təyyarələri səkkiz gün ərzində KXDR-in eksklüziv iqtisadi zonası üzərində hava məkanını 30 dəfədən çox pozub.
Elchi.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Eyni zamanda, ABŞ rəsmiləri hava məkanının açıq dəniz üzərində yerləşdiyini iddia edirlər. Qeyd edilir ki, Şimali Koreyanın ərazi hava məkanının “hətta bir qarış”ı belə verilə bilməz.
Təyyarənin davranışı təxribatçı adlandırılıb. Nəticədə bölgədə gərginlik daha da artıb.
Nuranə Məmmədova




