Ehtimallara görə, ballistik raket Şimali Koreya hərbçiləri tərəfindən buraxılıb. O, Yapon dənizinə göndərilib.
Elchi.az xəbər verir ki, Yaponiya Sahil Mühafizəsinin məlumatına görə , ərazidəki bütün balıqçı gəmilərinə ayıq-sayıq olmaları və dağıntılar aşkar edilərsə onlara yaxınlaşmamaları barədə xəbərdarlıq edilib.
Bundan əvvəl Şimali Koreya hakimiyyəti öz nüvə potensialını daha da artırmaq niyyətində olduqlarını bəyan etmişdi. Həmçinin, KXDR-də qeyd olunub ki, təhlükə yaranarsa, ölkə “nüvə silahı üçün nüvə silahı ilə cavab verməyə” hazırdır.
Şimali Koreyada həmçinin Cənubi Koreya prezidenti Yoon Sok Yeolun ABŞ-a səfərinin Koreya yarımadasındakı vəziyyəti gərginləşdirdiyini və nüvə müharibəsini yaxınlaşdırdığını qeyd ediblər.
Nuranə Məmmədova




