Şimali Koreya yenidən öz qərb sahilindən bir neçə qanadlı raket buraxıb. Elchi.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Səhər saat 7 radələrində buraxılışın qeydə alındığı dəqiqləşdirilir. Raketlərin sayı dəqiqləşdirilməyib. Cənubi Koreya ordusu ABŞ-la sıx əməkdaşlıq edərək monitorinqi gücləndirdiyini qeyd edib.
Qeyd edək ki, bu, bir həftə ərzində üçüncü qanadlı raketin buraxılışıdır.
Havar Şəfiyeva






