Şimali Koreyadan yeni tip Chollima-1 raketi ilə orbitə göndərdiyi Malligyong-1 adlı casus peyki ilə bağlı ABŞ-ı qəzəbləndirəcək iddia gəlib.
Elchi.az xəbər verir ki, Pxenyan administrasiyası Ağ Evi, Pentaqonu və bəzi ABŞ hərbi bazalarını casus peyki ilə görüntülədiyini açıqlayıb.
Dövlət xəbər agentliyinin verdiyi açıqlamaya görə, Milli Aeronavtika və Kosmik Texnologiyalar Administrasiyasını (NATA) ziyarət edən ölkə lideri Kim Çen In Malligyong-1 tərəfindən Norfolk Dəniz Stansiyasına, Newport News gəmiqayırma zavoduna və ABŞ-a aparılıb.
Açıqlamada, “Norfolk Dəniz Stansiyası və Newport News Gəmiqayırma Zavodunun fotoşəkillərində ABŞ-a məxsus 4 nüvə təyyarə gəmisi və bir İngilis təyyarə gəmisi göründü” deyilir. Noyabrın 27-də saat 23:36-da Ağ Ev və Pentaqonun çəkilmiş görüntüləri ilə bağlı Kimin səlahiyyətlilərdən də məlumat aldığı bildirilib.
Nuranə Məmmədova






