Çin və Rusiya arasında münasibətlər üçüncü ölkələrə qarşı yönəlməyib.
Elchi.az “RİA Novosti” yə istinadən xəbər verir ki , bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bundan əvvəl ABŞ , Yaponiya və Cənubi Koreyanın nazirləri Rusiyanın Çindən hərbi texnika almaq cəhdləri nəzəriyyəsini yenidən müzakirə ediblər. Onlar konkret nümunələr göstərmədilər, lakin Moskvanın Pxenyana ötürdüyü hər hansı materialı diqqətlə izlədiklərini vurğulayıblar.
Çoi Sun Xi vurğulayıb ki, bu bəyanat birbaşa olaraq suveren dövlətlər arasında münasibətlərin qurulması üzrə beynəlxalq hüququn prinsiplərinə ziddir, çünki BMT Nizamnaməsinə görə , ölkənin daxili və xarici işlərinə başqalarının müdaxiləsi yolverilməzdir. O, Yaponiya və Cənubi Koreyanı “ABŞ hegemonluğuna tabe olmaqda” ittiham edib və bildirib ki, KXDR ilə Rusiya Federasiyası arasında münasibətlər “suveren bərabərliyə” əsaslandığı üçün kökündən fərqlidir.
Nazir hesab edir ki, Rusiya və Çin arasındakı əlaqə ABŞ, Yaponiya və Cənubi Koreyanın regionda sabitliyi pozmaq cəhdlərinin qarşısını almaq üçün strateji sabitliyin elementi kimi çıxış edəcək.
Nuranə Məmmədova






