NATO-nun taktiki nüvə bombalarının tətbiq olunduğu Steadfast Noon illik nüvə təlimi nüvə müharibəsinin məşqidir. Elchi.az xəbər verir ki, bunu KXDR Mərkəzi Teleqraf Agentliyində dərc olunan yazıda Şimali Koreyalı alim Kim Donq Myunq deyib.
“Daha ciddisi odur ki, bütün bunlar ABŞ-ın fəal iştirakı və dəstəyi ilə həyata keçirilir”, – deyə o qeyd edib. Alim NATO-nu ən təhlükəli şans oyunları oynayan “nüvə fanatikləri” adlandırıb. Onun fikrincə, dünya ictimaiyyəti ABŞ və NATO-nun aqressiv planını tanımalı və onun həyata keçirilməsinin qarşısını almalıdır.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In bildirib ki, Yaponiya, Cənubi Koreya və ABŞ NATO-nun Asiya versiyasını formalaşdırıblar. O əlavə edib ki, belə bir ittifaq müharibələrin və təcavüzün əsas səbəbidir. KXDR lideri həmçinin üç ölkənin tərəfdaşlığını ən böyük təhlükə adlandırıb.
Havar Şəfiyeva





