Cənubi Koreya Şimali Koreyanın materik Çin və Koreya yarımadası arasında yerləşən Sarı dənizə bir neçə qanadlı raket atdığını bildirib.
Elchi.az xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı açıqlamasında bildirib ki, Sarı dənizə buraxılış yerli vaxtla saat 04:00-da baş tutub.
Şimali Koreyanın mümkün atma cəhdlərinin yaxından izləndiyi vurğulanan açıqlamada Cənubi Koreya ordusunun sayıqlığının ABŞ ilə əməkdaşlıqda dəstəkləndiyi bildirilib.
Şimali Koreya iyulun 18-də Şərq dənizində (Yaponiya dənizi) qısa mənzilli ballistik raket sınağı keçirib.
42 ildən sonra ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi “USS Kentucky”-ni Cənubi Koreya sularına göndərməsi regionda gərginliyi artırıb.
“USS Kentucky” iyulun 18-də Busan limanında lövbər saldı və 3 günlük səfərdən sonra iyulun 21-də Cənubi Koreya sularını tərk etdi.
Nuranə Məmmədova




