KXDR BMT qüvvələrinin komandanlığının onların tərəfinə keçən amerikalı hərbçi Travis Kinqlə bağlı sorğusuna cavab verib. Elchi.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
“Mən təsdiq edə bilərəm ki, KXDR BMT komandanlığına cavab verib”, – ABŞ müdafiə rəsmisi deyib.
ABŞ hərbçisi ilə bağlı sorğular beynəlxalq təşkilatın sülhməramlı qüvvələrinin kanalları vasitəsilə Pxenyana ötürülüb, lakin Pentaqonun yeni məlumatı yoxdur.
Qeyd edək ki iyulun 24-də BMT qüvvələrinin komandanlığı Şimali Koreyaya qaçmış Trevis Kinqin geri qaytarılması ilə bağlı KXDR ilə danışıqlara başlayıb.
Bundan əvvəl məlum olub ki, amerikalı əsgər Cənubi Koreya ilə Şimali Koreya arasındakı sərhədi qanunsuz keçib. Həmin şəxsin turizm məqsədilə hərbisizləşdirilmiş zonada olduğu bildirilib.
Havar Şəfiyeva




