2023-cü ilin aprel-iyun ayları arasında KXDR-dən Cənubi Koreyaya qaçanların ümumi sayı artaraq, demək olar ki, dörd min nəfərə çatıb. Elchi.az xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.
İkinci rübdə Şimali Koreyadan 18 kişi və 47 qadının Cənubi Koreyaya getdiyi və qaçanların ümumi sayının 33 981 nəfərə çatdığı vurğulanır. Qeyd edilir ki, ilin birinci yarısında Şimali Koreyadan qaçanların ümumi sayı 99 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə çoxdur.
Aydınlaşdırılır ki, buna baxmayaraq, son illərdə KXDR-dən Cənubi Koreyaya gələnlərin sayı, əsasən, COVID-19 pandemiyası ilə əlaqədar Pxenyanın sərt sərhəd nəzarəti səbəbindən kəskin şəkildə azalıb.
Qeyd edək ki, bundan əvvəl Xabarovskda Şimali Koreyalı tələbə yoxa çıxıb. Tələbənin Şimali Koreyaya qayıtmaq məcburiyyətində qalmaması üçün məqsədli şəkildə qaçdığı ehtimal edilir.
Havar Şəfiyeva






