Şimali Koreya İşçi Partiyasının rəsmi nəşri Pxenyan administrasiyasının davamlı olaraq hərbi qüdrətini təkmilləşdirəcəyini və bunun sonu olmadığını bildirib.
Elchi.az xəbər verir ki,Yonhap agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin rəsmi qəzeti olan Rodong Sinmun-da imzasız məqalədə Pxenyan rəhbərliyinin hərbi qüdrətini daim təkmilləşdirəcəyi və bunun sonu olmadığı vurğulanıb və belə bir məqsədə nəyin bahasına olursa-olsun daha tez və daha sürətli nail olmaq lazımdır.
Belə bir gücün Koreya yarımadasında hər hansı müharibə riskini aradan qaldırmaq üçün ilkin şərt olduğunu irəli sürən məqalədə “İstənilən düşmənə qalib gələ bilən özünümüdafiə gücünün arxasında əbədi sülh dayanır” ifadəsindən istifadə edilmişdir.
Şayəstə Hüseynova




