Simferopolda naməlum silahlı və maskalı adamlar Krım türklərinin telekanalı olan ATR-in binasını mühasirədə saxlayır.Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Krım tatarlarının hüquq-müdafiə komitəsinin sədri, Məclis üzvü İskəndər Barıyev öz Facebook səhifəsində məlumat yayıb.
Barıyev bildirib ki, telekanalın binasında silahlılar axtarış aparırlar.
“Hələlik baş verənlərin səbəbləri və məqsədi bilinmir”, -deyə o yazıb.
Bu məlumatı telekanalın əməkdaşları da təsdiq edib.
Telekanalın əməkdaşı Şövkət Nemətullayev ATR-in binasında silahlı şəxslərin olduğunu bildirib.



