"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şimon Peresin məşhur çıxışı: `Mənə deyirlər ki, başın xarabdı?!`

29 Sentyabr 2016 - 10:42
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İsrailin sabiq prezidenti Şimon Peres 93 yaşında dünyasını dəyişib. Eks-prezident Tel-Əvivdəki xəstəxanalardan birində vəfat edib. Məşhur siyasətçi uzun illər müxtəlif rəhbər postlarda çalışıb. Peres həm də Nobel sülh mükafatı almış siyasətçi kimi tarixə düşüb.

Polşa əsilli yəhudi Peres 66 il fəal siyasətlə məşğul olub, 12 hökumət kabinetində müxtəlif rəhbər vəzifələr tutub. Şimon Peres dtəkcə Davosda Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanla “One minute” qalmaqalı ilə yox, ötən il Kiyevdə etdiyi məşhur çıxışı ilə da yadda qalıb.

O, məlum çıxışında İsrailin yaranmasından tutumuş bir çox mühüm əməliyyat kəsb edən məqamlara toxunub.

Peresin çıxışını ixtisarlarla təqdim edirik.

-Biz torpaq arzusundaydıq, lakin əldə etdiyimiz torpaq arzu deyildi. Bu, Yaxın Şərqin mində bir hissəsi olan kiçik torpaq sahəsi idi. Bu torpaq bizə elə də yaxşı yanaşmırdı. Orda bataqlıq, ağcaqanadlar, cənubda səhra, daşlıq var idi. Ağcaqanadlarla daşlar arasında seçim etməli idik. Burada olan iki gölün biri ölü idi, digəri quru. Məşhur çay olsa da suyu yox idi. Heç bir təbii ehtiyat da yox idi – nə qızıl, nə də neft. Onda deyirdilər ki, Yaxın Şərqdə iki cür dövlət var – neft ölkələri və müqəddəs ölkələr. Ümumiyyətlə, heç nəyimiz olmadığı üçün bizimki tam müqəddəs hesab olunurdu. Biz tənha idik. Nə din qardaşımız, nə dilibir bacımız, nə də tarixi qonşumuz var idi. Bütün bunlar “Holokost”dan sonra baş verirdi. Biz bura gəldik və nə edəcəyimizi bilmirdik. Doğrudan da bilmirdik. İnsanlar məndən necə fəal qalmağın mümkünlüyünü soruşur. Bu çox sadədir. Zehninizdə nailiyyət və arzularınızı sayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli hələ gəncsiniz.

-Biz düşündük ki, təbiətin ən böyük neməti insandır. Torpaq xalqı deyil, insanlar torpağı zənginləşdirdi. İnsanlar məndən necə fəal qalmağın mümkünlüyünü soruşur. Bu çox sadədir. Zehninizdə nailiyyət və arzularınızı sayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, hələ gəncsiniz.

Biz hamımız alim olduq. İsraildəki hər fermer kənd təsərrüfatının susuz, torpaqsız necə inkişaf etdiyinə baxırdı. Biz onu inkişaf etdirdik. Bu dünyada xay-tekə əsaslanan kənd təsərrüfatını inkişaf etdirməyə başladıq. Mən də onda kənd təsərrüfatı universitetinin tələbəsi idim, biz ağacları isti su ilə suvarıb, bu halda onların daha yaxşı bitəcəyini düşünürdük.

Təəccüblü olsa da, aydın oldu ki, təkcə torpaq deyil, xay-tekə əsaslanan kənd təsərrüfatı nəticə verir. Bu gün bizdə kifayət qədər su var. Suyu adətən tapırlar, onu əldə etmirlər. Biz isə onu əldə etməyə başladıq və uğur qazandıq. Suyu şirinləşdirdik, suya tələbatı çox olmayan tərəvəzlər tapırdıq, seleksiya ilə məşğul olurduq. Əsl sirr budur: gələcək üçün nə tapdığınz deyil, nə istehsal etdiyiniz vacibdir.

Bizdə nə adamlar, nə silah var idi. Heç vaxt vuruşmamışdıq. Cəmi 450 min əhalimiz var idi, nə generallarımız, nə də hərbi təcrübəmiz var idi. BMT İsrail dövləti yaratmaq qərarına gəldi, ancaq faktiki müharibə gedirdi. Biz ancaq iki şey edə bilərdik.

Birinci – insanlar mərd və cəsur olmalı idi. Onlar anlamalı idi ki, bizim qələbədən başqa seçimimiz yoxdur. Əgər bir dəfə uduzsaq, vəssalam.

İkinci – bizdə silah olmadığından onu istehsal etməyə başladıq. Ordunu inkişaf etdirmək üçün İT inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduya işləyirdi. Çünki düşmən əhatəsində tək idik.

Gənclərə deyirəm ki, sizdə düşüdüyünüzdən də çox şeylər var. Tənbəl olmayın. Torpağın sizə verə biləcəyindən qat-qat artığına sahibsiniz. Sizə verilməyənləri istehsal edə bilərsiniz. Bu, hamı üçün dərsdir. Bütün insanların potensialı eynidir. Ancaq hamı bir az tənbəldi. Nəyəsə nail olmaq üşün işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə çox işləmişik. Burda pis nə var? İnsanlar məzuniyyətə gedir – bu çox böyük vaxt itkisidir. 90 yaşım var, ancaq heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər ki, “başın xarabdı? Bəs necə istirahət edirsən?” Mən isə işləməyə üstünlük verirəm. Bundan zöv alıram. Bədbin olmayın – bu da vaxt itkisidir.

Elmin ardınca getmək lazımdır. Elmin sərhəddi yoxdur. Keçmişin problemlərini həll etməyə çalışmayın, bilmirəm, bu ümumiyyətlə mümkündürmü? Keçmişin ümumiyyətlə heç bir rolu yoxdur. Sadəcə köhnə səhvləri təkrarlamamaq üçün onu öyrənin. Keçmişdə nə gələcək var, nə də ümid.

-Biz çoxları təsəvvür etmədən çox yadda saxlamağa üstünlük verir – bu böyük səhvdir. Nəyi yadda saxlamaq istəyirsiniz? Yol verilən bütün səhvləri? Tarixə bel bağlamaq olmaz. Tarixçilər kralların, hakimiyyətdə olan digərlərin – ancaq lazım olanı deyirdilər.

İnsanlar nədənsə qorxur. Nəyin olacağını ancaq Allah bilir. Bəzən məndən soruşurlar: geriyə baxdıqda ən böyük səhvləriniz hansılardı? Cavab verim: arzularımızın çox böyük olduğunu düşünürdük. Ancaq indi onların elə də böyük olmadığını anlayırıq. Böyük işlər barədə düşünün. Arzunuz nə qədər böyük olsa, nailiyyətiniz də bir o qədər böyük olacaq.

Gənc nəsil çox parlaqdı. Ancaq onların siyasətçilərə nifrət etməsi məni qəzəbləndirir. Deyirlər siyasət korrupsiyalaşıb. Əgər təmiz siyasət istəyirsinizsə, təmiz siyasət aparın. Bunlar keçmişdən çıxardığım nəticələrdir. İnsanlar məndən necə fəal qalmağı soruşur. Bu, çox sadədir. Zehninizdə nailiyyətləriniz və arzularını sayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli hələ gəncsiniz. Əskinədirsə – qocalmısınız.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakını niyə su basdı? – Rəsmi açıqlama

Next Post

40 minlik ordu üzü Mosula – Əməliyyatın detalları

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

40 minlik ordu üzü Mosula - Əməliyyatın detalları

İlham Əliyev: `Biz tariximizlə fəxr edirik` (Yenilənib)

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.