Sinqapurda 20 ildən sonra ilk dəfə olaraq, narkotik alverində təqsirli bilinən qadın edam edilib. Elchi.az xəbər verir ki, bu barədə Mərkəzi Narkotiklərlə Mübarizə Bürosu öz saytında məlumat yayıb.
45 yaşlı Saridevi Camani 2018-ci ildə 30,72 qram heroini satdığı üçün ölüm cəzasına məhkum edilib. Məhkəmələr qadının şikayətini ardıcıl olaraq rədd edib. Prezident də onu əfv etməkdən imtina edərək, hökm 28 iyul 2023-cü ildə icra olunub.
Qeyd edək ki, Sinqapurda 15 qram və ya daha çox heroini satarkən tutulan bütün narkotik tacirlərinə asılmaqla ölüm cəzası verilir.
Havar Şəfiyeva






